Page 93 - Sholom_Aleyhem_Макет 1
P. 93
İKİ ANTİSEMİT
Maks Berlyant dünyanın hәr üzünü görüb. İldә bir neçә dәfә
Lodzdan Moskvaya, sonra da Moskvadan Lodza sәfәr edir.
Vağzallardakı bütün bufetçilәrlә tanışdır, vaqon bәlәdçilәrinin
hamısı ilә arası yaxşıdır, uzaq quberniyaları qarış-qarış gәzib.
Yәhudilәrә bu quberniyalarda iyirmi dörd saatdan artıq qalmağa
icazә verilmir, amma Maks Berlyant dәfәlәrlә bu qaydanı
pozduğuna görә polisә düşüb, yәhudi olduğu üçün yollarda başına
min oyun gәlib, hәr dәfә qanı qaralıb, hәyәcan keçirib. Buna
sәbәb heç dә yer üzündә yәhudilәrin mövcudluğu deyil, sadәcә
bu adamın, çox üzr istәyirәm, milliyyәtcә yәhudi olmasıdır. Daha
doğrusu, bәlkә dә, milliyyәtin bura dәxli yoxdur, amma bu
adamın, yenә üzr istәyirәm, üz-gözündәn yәhudilik yağır. Allah
insanları özünә bәnzәr yaradıb, indi deyәcәksiniz ki, bu adamın
Allahla oxşarlığı var? Qara gözlәri par-par yanır, qara saçları
yәhudilәrdәki kimi parıldayır, ağzını açan kimi bilirsәn ki,
yәhudidir – “r” hәrfini boğazında qaynadır! Bәs burnu? Sәnә
burun deyirәm ha!
Çalışdığı sәnәti dә (sәyyar tacirdir!) sanki Allah ona cәza
kimi göndәrib. İşinin xüsusiyyәtinә görә burnunu irәli verib
dünyanı qarış-qarış gәzmәli vә mütlәq danışmalı, özü dә çox
danışmalıdır ki, onu hәm görsünlәr, hәm dә eşitsinlәr. Nә isә,
yazıq adamdır!
Düzdür, әvәzindә onun şәvә saqqalı, eşmә bığı var, tәzәbәy
kimi geyinir, dırnaqlarını uzadıb vә elә qalstuk taxır ki, heç
adamın ağlına gәlmәz... Özünü vağzal yemәklәrinә alışdırıb.
Belәliklә, ilk dәfә donuz әti yeyәndә Maks bu heyvana elә
qarğışlar yağdırıb ki! Sonra öyrәşib!.. Üstәlik, hәyatını riskә atıb –
xәrçәng dә yeyib! 1
Niyә “hәyatını riskә atıb” deyirәm? Çünki Maks Berlyant
xәrçәng yemәyin qaydalarını (bunu heç düşmәnә dә arzulamıram!)
1 Yәhudi dininin qanunlarına görә, donuz әti vә xәrçәng yemәk qadağandır.
93