Page 95 - Sholom_Aleyhem_Макет 1
P. 95
İki antisemit
әlinә alan yoxdur. Yerli yәhudilәr bu qәzeti ona görә almır ki,
çirkaba toxunmaq olmaz, qeyri-millәtlәr isә tәngә gәliblәr. Qәzet
dә, bax belәcә, yığılıb qalıb köşklәrdә, adamlara dünyada Kruşevan
adlı birisinin mövcudluğunu xatırladır. Bu adam yemir, içmir,
yatmır, dinclik bilmir, dünyanı “yәhudilik” adlanan dәhşәtli
xәstәlikdәn xilas etmәyin, qorumağın yollarını araşdırır.
Maks Berlyant yeganә adam idi ki, köşkә yaxınlaşıb
“Bessarabiyalı” qәzetinin nömrәsini aldı. Niyә? Bәlkә, o sәbәbә
ki, günlәrin birindә qarsondan yemәk üçün xәrçәng gәtirmәyi
xahiş etmişdi? Bәlkә, doğrudan da, bilmәk istәyirdi ki, o köpәk
balası Kruşevan yәhudilәrdәn nә yazır? Deyirlәr, antisemit
qәzetlәrin böyük әksәriyyәtini semitlәr oxuyur, yәni biz özümüz,
şәxsәn... Qәzet sahiblәri bunu yaxşı bilirlәr, onlar üçün “yәhudi
çirkabdır vә tәki pul olsun”...
Bir sözlә, bizim Maks “Bessarabiyalı” alıb vaqona qalxdı,
uzun oturacağa uzanıb qәzeti üstünә sәrdi, adәtәn, adamlar adyalı
vә ya yorğanı belә örtürlәr. Ağlından keçdi: “Görәsәn, hәr hansı
yәhudi sәrnişin yaxınlaşıb görsә ki, kimsә “Bessarabiyalı”nı
yorğan kimi üstünә örtüb, nә fikirlәşәr? Yәqin, kimsәnin ağlına
gәlmәz ki, burada uzanan yәhudidir... Әla ideyadır! Heç kim
yaxınlaşıb yanında oturmaz, zәhlәtökәn sәrnişindәn qurtularsan,
demәli, ağa kimi, bütün oturacaq sәnindir, gecәni rahat yat
özünçün!..”
Maks bu fikirlә dә burada uzananın kim olduğunu ört-basdır
etmәk üçün “Bessarabiyalı”nı başına çәkdi, burnu, gözlәri, saçları
vә “Allahabәnzәr vücudu” qәzetin altında görünmәz oldu.
Tәsәvvüründә canlandırdı ki, çoxlu boğça-bağlaması olan yәhudi
gecә özünü vaqona dürtür, tәntimiş halda oturmağa yer axtarır.
Görür ki, biri “Bessarabiyalı” qәzetini üstünә örtüb mışıl-mışıl
yatır. Fikirlәşir ki, ya ağadır, ya da zalım antisemit, bәlkә, elә
Kruşevanın özüdür!? Vә yәhudi, әlbәttә, boğça-bağlaması ilә
birlikdә dabanına tüpürüb aradan çıxır. Maks isә qraf kimi, otu-
racaqda tәkbaşına qalır. Ha-ha-ha, әhsәn, әla plandır! Vaqonda
qәfildәn vәba xәstәliyinә tutulmaqdan qat-qat yaxşıdır!..
95