Page 98 - Sholom_Aleyhem_Макет 1
P. 98
Şolom Aleyxem
Maks Berlyant gecәni pis yatmışdı... Görünür, vağzalın
bufetindә yeyib-içdiklәri qarnına ağırlıq vermişdi, çünki yuxusunu
qarışdırmışdı. Röyada görmüşdü ki, guya Maks Berlyant yox,
“Bessarabiyalı”nın redaktoru Kruşevandır, özü dә vaqonda yox,
donuzun belinә minib gedir, suda bişmiş qırmızı xәrçәng dә
qısqaclarını onun gözü önündә oynadır, haradansa zarıltı eşidilir:
“Ki-şin-yov!..” Sәrin meh üzünü yalayır, xәzәl vә qadın әtәyinin
xışıltısı eşidilir... Gözlәrini açmağa çalışır, bacarmır... Әli ilә
burnunu yoxlayır, burundan әsәr-әlamәt yoxdur. Әli “Bes -
sarabiyalı”ya toxunur vә harada olduğunu anlaya bilmir. Oyanmaq
istәsә dә, başa düşür ki, halı özündә deyil! Maks iztirablar içindә
uzanıb, sanki hipnoz vәziyyәtinә düşüb. Hiss edir ki, gücdәn
düşür, halsızlaşır. Nәhayәt, var gücünü toplayıb sakitcә zarıyır
vә bu sәsi yalnız özü eşidir, gözlәrini azacıq açır, şam işığında
qarşı tәrәfdәki oturacaqda uzanmış insan fiqurunu çәtinliklә ayırd
edir, hәmin adam da onun kimi üstünә “Bessarabiyalı” qәzetini
örtüb... Maksı tәәccüb bürüyür, mat-mәәttәl qalır: ona elә gәlir
ki, qarşı tәrәfdә uzanan elә özüdür, amma heç vәchlә anlaya
bilmir ki, qarşı oturacağa necә keçib? İnsan güzgüdәki kimi, öz-
özünü necә görә bilәr?.. Hiss edir ki, saçları biz-biz dayanır.
Maks yavaş-yavaş özünә gәlir vә anlayır ki, qarşı oturacaqda
uzanan o, yәni Maks yox, başqa adamdır. Bәs bu şәxs haradan
peyda olub, özü dә “Bessarabiyalı” qәzeti ilә birlikdә?
Maks dan yerinin sökülmәsini gözlәyә bilmәz, bu tapmacanın
cavabını dәrhal tapmalıdır! Bu dәqiqә! O, hәrәkәtә gәlib qәzeti
xışıldadır vә eşidir ki, qarşı oturacaqda uzanan da yerindә
qurcalanıb qәzeti xışıldadır. Bir az da diqqәtlә baxanda görür ki,
qarşı oturacaqda uzanmış adam ona baxıb gülümsünür. Budur,
“Bessarabiyalı”nın hәr iki vurğunu susub bir-birinә diqqәtlә
baxır. Antisemitlәrin hәr birini maraq bürüyüb: qarşımdakı kimdir?
Lakin güc-bәla ilә dözüb qımıldanmırlar. Nәhayәt, Petyanın
ağlına әla fikir gәlir: o, mәşhur yәhudi nәğmәsinin motivlәrini fit
çala-çala sәslәndirir:
98