Page 102 - Sholom_Aleyhem_Макет 1
P. 102

Şolom Aleyxem

                Qısa vә konkret, harda qalmışdıq? Hә, var-dövlәtim әlimdәn
            çıxdı, qara qәpiyә möhtac qaldım. Kasıbçılıq mәni üzüb vә
            demәli, bir sәhәr arvadımla dәrdlәşirәm:
                – Sipoyra, gör nә deyirәm? Biz lüt qaldıq!
                – Necә yәni? – arvad soruşur, – lüt niyә qaldıq?
                – Çünki, – cavab verirәm, – qara qәpiyimiz dә yoxdur!
                Bah, mәrәkә qopmadı? Qadından bundan artıq daha nә
            gözlәyәsәn?
                – İlahi, başıma gәlәnlәrә bax! Aman Allah, evimiz yıxıldı!
            Ocağımız söndü! Kül olduq! Yankev-İosl, ağzından çıxanı qulağın
            duyurmu? Bәs pullar hara getdi?..
                – Sakit ol! – deyirәm. – Nә hay-küy salmısan? Bәyәm atamın
            pulları idi? Allah vermişdi, o da aldı! Heç izi-tozu da qalmadı!
            Harda yazılıb ki, Yankev-İosl dördotaqlı mәnzildә yaşamalı, iki
            nökәr saxlamalı, bahalı paltarlar geymәlidir? Bir әtrafına bax,
            gör nә qәdәr aclıq çәkәn var, bәyәm hamısı ölür? Әgәr hәr
            yerindәn duran kasıbçılığın sәbәbini axtarmağa başlasa, onda
            vay bizim halımıza...
                Belә sözlәr deyib misallar çәkdim, o, yәni arvadım haqlı
            olduğumu anladı. Başa düşürsünüz, ya yox?.. Bilin ki, arvadım
            görüb-götürmüş qadındır, onun yerinә heç vaxt xәcalәt çәkmәmişәm,
            nә demәk istәdiyimi işarәdәn anlayır, sözü göydә tutur. Arvadla
            çәnә-boğaza ehtiyac qalmadı. Dәrhal sәsini kәsib sakitlәşdi,
            üstәlik, mәnә ürәk-dirәk vermәyә başladı: “Görünür, Allah belә
            mәslәhәt bilib, – dedi. Yәqin, bizi darda qoymaz, bir qapı açar,
            hәr qaranlıq gecәnin işıqlı sәhәri var...”
                Çox götür-qoy etmәdik, evi kirayә verib, özümüz mәtbәxә
            yığışdıq, xidmәtçilәrlә xudahafizlәşdik. Arvadım, Allah ona uzun
            ömür versin, qollarını çırmalayıb ev işlәrinә girişdi, mәn dә
            kasıbların cәrgәsinә qoşulub belәcә ömür sürmәyә başladım.
            “Kasıb” nә demәkdir? Acından ölmürәm ki? Necә olmasa da,
            evim var, müәyyәn qazanc gәtirir. Bәdbәxtlik ondadır ki, ay
            cәmi dörd hәftәdәn ibarәtdir. Amma dörd yox, iki hәftә olsaydı,
            kirayә haqqı bütün mәsrәflәrimizi görәrdi, indi isә iki hәftәni
            nisyә yaşayırsan, gәlәn ayın hesabına... Nә isә, ürәkaçan bir şey




             102
   97   98   99   100   101   102   103   104   105   106   107