Page 106 - Sholom_Aleyhem_Макет 1
P. 106

Şolom Aleyxem

            “Tәsadüfә bax! Bu gün mayın biridir! Biletlәr oynanılacaq! Kim
            bilir, birdәn olmadı elә, oldu belә! Bәlkә, bәxtim gәtirdi? Axı hәr
            şey Allahın әlindәdir! Әgәr istәsә, mәni, ailәmi xoşbәxt edәr!..”
            Şirin xәyallarım yarımçıq qaldı, oğurlanmış kisәlәr yadıma düşdü,
            bu gün mayın biri olduğunu, tirajın keçirildiyini unutdum vә
            yenidәn kisәlәrin axtarışına girişdim... Birtәhәr oğruların izinә
            düşә bildim. Bütün günü, hәtta gecәdәn-sәhәrәdәk, yәni mayın
            ikisinәdәk yalnız axtarışla mәşğul oldum. Başımı itirmişdim,
            boğazımdan bir qurtum su da keçmirdi. Günortadır, mәnim isә
            iki gündür dilimә çörәk dәymir, az qalır, ürәyim yerindәn çıxsın.
            Vәziyyәtimi başa düşürsünüz dә?.. Evә gәlirәm, arvad qırğı kimi
            üstümә şığıyır:
                – Bәlkә, әl-üzünü yuyub, ağzına bir tikә çörәk qoyasan? Әşi,
            әl çәk bu kisәlәrdәn! Boğaza yığılmışam! Cәhәnnәm olsun!
            Bәsdir özünü üzdün! Hәyatımız bu kisәlәrdәn asılı deyil ki!
            Özünә iş tapmısan da! Kisә, kisә! Sәhәr kisә, gecә kisә! Bezdim!
                – Arvad, bilirsәn nә var? – deyirәm. – Bәlkә, bu kisә söhbәtini
            bitirәsәn? Sәnin danlağından başım şişib!  Yarama duz sәpib
            dәrdimi tәzәlәmә! Kisә, kisә!..
                Başa düşürsünüz, ya yox? Bağışlayın, sizdә kisә olmaz?..
            Tfu! Papiros demәk istәyirdim...
                Qısa vә konkret, harda qalmışdıq? Hә, kisәlәrdә! Nә isә, bu
            zәhrimara qalmış kisәlәr yoxa çıxdı. Çarәm nәdir? Ürәyim qübar
            bağlayıb. Әllәrimi yuyub, süfrә arxasına keçirәm. Oğul istәyirәm
            süfrәyә düzülәn nemәtlәrdәn dadsın! Boğazımdan su da keçmir!
                – Yenә nә var, Yankev-İosl? – arvadım soruşur. – Qabağından
            qara pişik keçib?
                – Heç bilmirәm, nәsә halım pisdir, – masa arxasından qalxıb
            divana uzandım. Elә yenicә yerimi rahatlamışdım ki, poçtdan
            tәzә qәzetlәri gәtirdilәr.  Ay sәfeh, ay ağılsız  Yankev-İosl, bir
            qәzeti әlinә alıb bax da! Bu gün mayın ikisidir, bәlkә, biletin
            udub? Yox... Kimә deyirsәn? Ağlım çaşıb axı...
                Anlaya bilmirәm ki, ayın neçәsidir. Mayın ikisi, yoxsa iyunun
            iyirmi ikisi, ya da fevralın otuz biri! Başa düşürsünüz, ya yox?
            Qәzeti açıb birinci sәhifәdәn oxumağa başlayıram. Yәni uzanıb




             106
   101   102   103   104   105   106   107   108   109   110   111