Page 109 - Sholom_Aleyhem_Макет 1
P. 109
Yetmiş beş min
– Yetmiş beş min rubl! – cavab verirәm. – Sipoyra, kaftanımı
ver, geyinib gedim!
– Hara gedirsәn?
– Necә yәni, hara? Birnbaumu görmәliyәm, axı bileti girov
qoymuşam... Qәbz dә almamışam...
Bu sözlәri eşidәndә arvadımın sifәti dәyişir, әlimdәn tutur:
– Yankev-İosl, Allah eşqinә, tәlәsmә. Bir iş görmәzdәn, bir
yerә getmәzdәn, kiminlәsә danışıq aparmazdan әvvәl yaxşı-yaxşı
fikirlәş. Unutma, söhbәt yetmiş beş mindәn gedir!
– Düz deyiblәr ki, arvadlar quşbeyin olur! – bildirirәm. –
Guya özüm bilmirәm? Bәyәm yetmiş beş min küçәyә tökülüb?
Uşaq-zadam sәnin üçün?
– Qulaq as! – arvad tutuquşu kimi tәkrarlayır. – Gәl götür-
qoy elәyәk, dost-tanışla mәslәhәtlәşәk, birbaşa Birnbaumla
danışma, qoymaram yanına gedәsәn!
Qısa vә konkret, bilirsiniz dә, qadının ağlına bir şey girdisә,
әl çәkәn deyil. Yaxın dostlardan birini dәvәt edib әhvalatı
әvvәldәn-axıradәk danışdıq. O dedi ki, qadın, yәni arvadım
haqlıdır, yetmiş beş min rubl zarafat deyil! Bütün bu mәslәhәtlәr,
söz-söhbәtlәr öz yerindә, amma hazırda bilet yad adamın әlindәdir,
mәn isә ondan qәbz almamışam. Pul adamı şirnikdirir, olmadı
elә, oldu belә, qulaqlara qurğuşun, birdәn şeytan onu yoldan
çıxartdı? Axı söhbәt yetmiş beş min rubldan gedir!
Başa düşürsünüz, ya yox? Görün sizә nә deyirәm, mәni elә
qorxutdular ki, canıma vәlvәlә düşdü, ağlıma min cür pis fikirlәr
gәlmәyә başladı... Vәziyyәtdәn necә çıxış yolu tapım? Qәrara
gәldik ki, cibimә iki yüz rubl qoyub (dәrhal pul tapıldı, çünki
yetmiş beş min udmusansa, adamlar sәnә borc vermәk üçün
növbәyә düzülür) gedim, tәk yox, kimisә özümә yoldaş edib
aparım. Ona qapının arxasında gözlәmәyi tapşırıb Birnbaumla
söhbәtә başlayım, borcu vә faizlәri ödәyib biletimi geri alım. İki
yol var: o, bileti qaytarır vә biz xoşluqla ayrılırıq, ya da bileti
vermir, mәnim isә әn azından şahidim olacaq... Başa düşürsünüz,
ya yox? Düşünürәm: “Әgәr biletin yetmiş beş min udmasından
109