Page 110 - Sholom_Aleyhem_Макет 1
P. 110

Şolom Aleyxem

            xәbәri yoxdursa, hәr şey yaxşı olacaq. Bәs birdәn qәzetdәki tirajı
            görübsә vә biletin yetmiş beş min udduğunu bilirsә, onda necә?
            Mәsәlәn, desә ki: “Әvvәla, biletinizi çoxdan qaytarmışam. İkincisi,
            qәzetdәki nömrә ilә sizin biletin nömrәsi uyğun gәlmir. Üçüncüsü,
            siz mәnә heç bir bilet vermәmisiniz!” – vәziyyәt necә olacaq?
            Başa düşürsünüz, ya yox? Ümid Allahadır, güman edәk ki, Birn-
            baumun uduşdan xәbәri yoxdur!
                – Yankev-İosl, unutma, bu, heç dә xırda mәsәlә deyil – sәn
            yetmiş beş min rubl almağa gedirsәn! Kimsә bu işdәn xәbәr
            tutmamalıdır, yetmiş beş mini alanda üzünün bir әzәlәsi dә
            tәrpәnmәmәlidir! Nә baş versә dә, unutma ki, yetmiş beş min
            rubl nә qәdәr şirin olsa da, hәyat ondan yetmiş beş min dәfә
            qiymәtlidir!
                Arvadım belә deyir, Allah ona cansağlığı versin, әlimdәn
            tutub yalvarır: söz ver ki, özünü sakit aparacaqsan... Sakit
            aparacağam! Başa düşürsünüz? Ürәk hәyәcanla çırpınanda, fikirlәr
            qarışanda, bәzi hәrәkәtlәrә görә özünü bağışlaya bilmәyәndә
            necә sakit qalmaq olar? “Ay sәfeh, ay ağılsız Yankev-İosl, necә
            olur ki, yetmiş beş min rubl udmuş bileti yoldan ötәn yad bir
            adama – Birnbauma verәsәn, üstәlik, qәbz dә almayasan? Bir
            parça kağıza imza da atdırmayasan?” Başa düşürsünüz, ya yox?
            Bağışlayın, sizdә qәbz olmaz?.. Tfu! Papiros demәk istәyirdim...
                Qısa vә konkret, harda qalmışdıq? Hә, Birnbaumda! Demәli,
            düşünürәm: “Әgәr Birnbaum, hәqiqәtәn, qәzetә baxıbsa vә mәnim
            kimi, bәlkә dә, hamıdan әvvәl yetmiş beş mindәn xәbәr tutubsa,
            vәziyyәt necә olacaq?”  Tәsәvvürümdә Birnbaumla görüşü
            canlandırıram: “Pan Birnbaum, xoş gördük!” “Salam. Xoş gününüz
            olsun!..” “Pan, biletә görә gәlmişәm”. “Hansı bilet?” “İki min iki
            yüz sәksәn doqquz seriyalı, on iki nömrәli bilet, girov qoyduğumu
            deyirәm...” Birnbaum gözlәrini bәrәldib anlaqsız baxışlarla mәni
            süzür...  Ağlımdan tәxminәn belә fikirlәr keçir, ürәyim sıxılır,
            boğazım quruyur... Nәfәsim çatmır!..
                Nәhayәt, canımı dişimә tutub Birnbaumun yanına gәlirәm.
            Hardadır? Yuxu bişirir... Yatıb? Demәli, hәlә heç nәdәn xәbәri





              110
   105   106   107   108   109   110   111   112   113   114   115