Page 115 - Sholom_Aleyhem_Макет 1
P. 115

Yetmiş beş min

             Birnbaum ayağa qalxıb qonşu otağın qapısına yaxınlaşır,
          parça arakәsmәni aralayıb Feygeleni yanına çağırır.
             – Pan! – ona müraciәt edirәm. – Feygeleni niyә çağırdığınızı
          bilirәm. Ona deyәcәksiniz ki, xidmәtçini qәzet almağa göndәrsin...
          Bu gün mayın ikisidir vә siz tiraja baxmaq istәyirsiniz ki, bilet
          udub, ya yox? Narahat olmağa dәymәz! Sizә bildirim ki, biletim
          Allahın kömәyi ilә böyük pul udub!
             Birnbaumun rәngi ağardı, sonra üzünün dәrisi qızardı.
             – Ciddi sözünüzdür? – soruşur. – Allah kömәyiniz olsun! Nә
          qәdәr udub?
             – Bәxtim gәtirib, – cavab verirәm, – mәblәğ böyükdür. Allah
          hamıya qismәt elәsin! Elә ona görә dә qәbz almaq istәyirәm.
          İndi başa düşdünüz?
             – Allah sizә yar olsun! Başınızdan o qәdәr pul töksün ki,
          qoymağa yer tapmayasınız! İnanın, sәmimi deyirәm.  Amma
          maraq xәtrinә bilmәk istәrdim, uduş nә qәdәrdir? Söylәmәyә
          qorxursunuz?
             – Pan Birnbaum! – deyirәm. – Artıq söz-söhbәt nәyә lazım?
          Yetmiş beş min udub, bilet dә sizdәdir. Faizlәri ödәdim, borcumu
          verdim, zәhmәt olmasa, biletimi qaytarın! Deyirsiniz ki, bilet
          evdә yox, bankdadır. Onda mәnә qәbz verin, mәsәlә bitsin!
             Birnbaumun gözlәri kәllәsinә çıxdı, sifәti işıldadı. Görürәm
          ki, sevincdәn özünü itirib. Onu kәnara çәkirәm, әlindәn tutub
          deyirәm:
             – Әziz dost! Mәnә vә özünüzә rәhm edin, deyin, nә istәyirsiniz?
          Razılığa gәlәrik. Mәnә әzab vermәyin, onsuz da, taqәtim qalmayıb.
          Nә qәdәr istәdiyinizi deyin, bilet üçün qәbz verin, gedim. Onsuz
          da, kağızı almadan burdan gedәn deyilәm, çünki söhbәt yetmiş
          beş min rubldan gedir!
             – Sizә sözüm budur, – cavab verir, gözlәri isә od püskürür. –
          Gәlin xalqın mühakimәsinә buraxaq: adamlar nә qәrar versә, elә
          dә olsun!
             –  Adamların bura nә dәxli? – deyirәm. – Bәyәm ağılda
          bizdәn üstündürlәr? Qulaq asın, Birnbaum, Allah eşqinә, deyin,





                                                              115
   110   111   112   113   114   115   116   117   118   119   120