Page 111 - Sholom_Aleyhem_Макет 1
P. 111
Yetmiş beş min
yoxdur. Şükür Allaha! Evә daxil oluram, arvadı Feygele
mәtbәxdәdir. Evdә istidәn nәfәs almaq olmur, sәliqәsizlik baş
alıb gedir, buxardan göz-gözü görmür.
– Salam! Hörmәtli qonaq reb Yankev-İosl, xoş gördük! –
Feygele mәni salamlayıb otağa dәvәt edir, әn rahat yerdә әylәşdirib
hal-әhval tutur. Soruşur ki, niyә çoxdandır görünmürәm.
– İş-güc aman verir ki? Heç nәyә vaxt çatmır! – qadının
gözlәrinin içinә baxıram: “Görәsәn, xәbәri var? Bilsәydi, duruşu,
baxışı bәlli edәrdi... Bәlkә, hiylәgәrlik edir, özünü bilmәzliyә
vurur?..”
– Nә var, nә yox, reb Yankev-İosl?
– Belә dә... sürünürük, – deyirәm. – Başıma gәlәnlәrdәn,
yәqin, xәbәriniz var, hә?
– Yox! Nә mәsәlәdir?
– Doğrudan, xәbәriniz yoxdur? Eşitmәmisiniz, anbardan
bütün kisәlәrimi oğurlayıblar...
– Hә... kisәni deyirsiniz? – qadın etinasızlıqla dillәnir. – Bu
ki köhnә әhvalatdır! Elә bildim, yenә nәsә baş verib!
“Yenә nәsә baş verib! Yoxsa, yetmiş beş minә işarә edir?” –
belә fikirlәşib düz gözlәrinin içinә baxıram, pul barәdә nәsә
bilib-bilmәdiyini yәqin etmәyә çalışıram, amma gözlәrindә
etinasızlıqdan başqa heç nә yoxdur!
– Reb Yankev-İosl, gәlin sizi çaya qonaq edim, hә? Samovara
od salım, o vaxta qәdәr әrim dә yuxudan oyanar...
– Çay? Pis olmaz! – cavab verirәm, ancaq ürәyim hәlә dә
әsir, nәfәs ala bilmirәm, havam çatmır, dilim-ağzım quruyub,
otağın havası boğanaqdır, alnımdan muncuq-muncuq tәr axır,
Feygele isә elә hey danışır, lakin sözlәrini anlaya bilmirәm!
Fikrim-zikrim Birnbaum yatan otaqda qalıb, hәrdәn xorultusunu
eşidirәm... Başa düşürsünüz, ya yox?
– Çayınızı için, soyuyur, – Feygele deyir.
– Tәşәkkür! – qaşıqla çayı qarışdırıram.
– Bir saatdır çayı qarışdırırsınız, amma bir qurtum da
içmәmisiniz.
111