Page 114 - Sholom_Aleyhem_Макет 1
P. 114
Şolom Aleyxem
Qısa vә konkret, harda qalmışdım?
Birnbaum mürәbbәdәn qaşıq-qaşıq aşırır. Yeyib qurtarır,
ağzını silib mәnә müraciәt edir:
– Reb Yankev-İosl, pulumu aldım, faizlәri ödәdiniz, demәli,
indi biletinizi qaytarmalıyam, hә?
– Bәli, siz deyәn kimi! – soyuqqanlılıqla cavab verirәm,
sevincdәn qanad çalıb uçmağa hazıram.
– Bәla burasındadır ki, – deyir, – bu gün sizә bileti qaytara
bilmәyәcәyәm.
Bu sözlәri dilinә gәtirәndә hiss etdim ki, ürәyim yerindәn
qopdu. Elә bil mәni göyün yeddinci qatından yerә çırpdılar,
ayaqlarım keyidi.
– Pan Birnbaum, nә dediniz? Bileti niyә qaytara bilmirsiniz?
– Çünki bilet evdә deyil.
– Necә yәni, – soruşuram, – bilet evdә deyil?
– Bankdakı hesabımdadır.
Ürәyim yerinә gәldi, gözüm yol çәkdi.
– Niyә fikrә getdiniz? – soruşur.
– Heç, – deyirәm, – fikirlәşirәm ki, bileti necә geri alım?
– Çox sadә, – cavab verir. – Sabah şәhәrә gedib, biletinizi
gәtirәrәm.
– Nә deyirәm, mәn razı, – ayağa qalxıram, xudahafizlәşib
qapıya tәrәf gedirәm, qәfildәn qayıdıb soruşuram:
– Pan Birnbaum, zәhmәt olmasa, deyin, mәndәn yaxşı tacir
alınar? Pulu qaytardım, faizlәri ödәdim, bilet dә sizdә! Heç
olmasa, bilet üçün, bәlkә, mәnә qәbz verәsiniz?
– Qәbzә nә ehtiyac? Yәni siz mәnә qәbzsiz iki yüz rublu
etibar etmirsiniz?
– Bәlkә dә, haqlısınız! – qapıya tәrәf yollanıram vә yenә dә
qәfildәn qayıdıram. – Yox, bilirsiniz, – dillәnirәm, – nәsә düzgün
alınmır, adәtәn, tacirlәr belә iş tutmur... Әgәr bileti başqasına
vermisәnsә, gәrәk mütlәq qәbz alasan. Qoy bu dәfә mәn deyәn
olsun, balaca bir qәbz yazın. Mәncә, çәtin iş deyil!
114