Page 117 - Sholom_Aleyhem_Макет 1
P. 117
Yetmiş beş min
qardaşım, adı Henexdir, bizdәn bir az aralı yaşayır. Mәhz onun
ucbatından bileti Birnbaumun yanında girov qoymuşam... Daha
doğrusu, әksinә, qardaşım mәnә görә bileti Birnbauma girov
verib... Bu, başqa bir әhvalatdır vә mәsәlәnin mahiyyәtini dәrindәn
anlamaq üçün onu әtraflı danışmalıyam.
Qısa vә konkret, harda qalmışdım? Hә, qardaşım Henexdә.
Demәli, Henex adlı qardaşım var, Allah ona yüz il ömür versin.
Barәsindә nә deyә bilәrәm? Qardaşın qarasına deyinmәk,
aramızdakı problemlәri küncdә-bucaqda kimә gәldi danışmaq
heç dә yaxşı iş deyil. Amma deyir, “oldun dәyirmançı...” Bir-
birimiz üçün o qәdәr dә ürәyimiz getmir... Onun üçün elәdiklәrimi
gözә soxmaq istәmirәm, Allahın kömәyi ilә, heç özüm dә pis
dolanmıram. Amma fәxrlә deyә bilәrәm ki, onu mәn ayağa
qaldırmışam. Bir tәrәfdәn Allah, digәr tәrәfdәn dә mәn, birlәşib
onu adam içinә çıxarmışıq. Başa düşün, öyünmәyin nә mәnası?
Qardaşım bileti mәnә göndәrmişdi, satmaq, ya da girov müqabilindә
iki yüz rubl götürüb, ona göndәrmәyi xahiş edәndә etiraz
bildirmәdim. Onun heç bir mәsәlәyә qarışacağı yoxdur: bilet
nәyinә gәrәkdir? Mәn isә biletin dәrdini çәkmәli, sığortasının
qayğısına qalmalı, faizlәri ödәmәliyәm... Allahın kömәyi ilә,
bilet udanda Birnbaumla kim kәllә-kәllәyә gәldi? Onunla mәsәlәni
ayırd edәnә qәdәr dәridәn-qabıqdan çıxdım, az qala, infarkt
keçirәcәkdim. Sonda iş o yerә gәldi ki, qardaşım minnәtdarlıq
әvәzinә iradını bildirdi: “Kim xahiş elәmişdi ki, biletә görә
minnәtçi düşәsәn?” Yox, siz bir söhbәtә fikir verin! Bu qanacaqsızın
iradına bir baxın! Çox pәrişan oldum, qәlbimә toxundu: “Ay әziz
qardaşım, onda de görüm, harda yazılıb ki, bilet sәnә mәxsusdur?”
“Bәs kimindir?” “Fәrqi yoxdur, kimin olursa-olsun, ilk növbәdә
onu yad әllәrdәn qurtarmaq lazımdır, çünki yetmiş beş min rubl
zarafat deyil!..” Başa düşürsünüz, ya yox?.. Buna görә mәnә nә
düşür? Gәrәk dava salım? Yumruğumu masaya döyәclәyim?
Yoxsa, stulları sındırım? Yox, bilirsiniz, әgәr deyirlәrsә ki, bundan
şeytana papış çıxmaz, demәli, doğrudan da, çıxmaz! Ona görә dә
117