Page 120 - Sholom_Aleyhem_Макет 1
P. 120
Şolom Aleyxem
edir, qapıları döyür vә nәhayәt, biletә hәbs qoydurmağa müvәffәq
olur...
Nә isә, mәsәlә böyüdü... Bax durduğun yerdә işә düşmәk
buna deyirlәr... Bircә boğazımızda ilişib qalmış tıx – rahibimiz
çatmırdı!.. Qardaşım ona on min rubl vermәklә mәsәlәni yoluna
qoymağa hazır idi, ancaq rahib fikrini dәyişdi, daha doğrusu,
beynini doldurdular, nә istәdiyini heç özü dә bilmirdi... Bu da
sizә “tıx” әhvalatı... Başa düşürsünüz, ya yox?
Qısa vә konkret, harda qalmışdıq? Hә, tıxda! Allah bilәn
mәslәhәtdir, indi bu tıx qır-saqqız olub, ilişib boğazımıza, nә
uda, nә dә tüpürә bilirik!
Amma Allah bir qapını bağlayanda digәrini açır – dünya
yaxşı adamlardan xali deyil. Dostlar, xeyirxah insanlar işә qarışdı,
rahiblә qardaşım, mәnimlә Birnbaum arasında vasitәçilik etdilәr,
getdilәr-gәldilәr, dördümüzü dә dilә tutdular, müqәddәslәrә and
verdilәr, ibrәtamiz sözlәr söylәdilәr, axır ki, mәsәlәni yoluna
qoya bildilәr. Kimә nә verdilәr, o birisinә nә boyun oldular –
bunu soruşmasanız yaxşıdır. Әsas mәsәlә odur ki, problem hәllini
tapdı! Axır ki, düzüb qoşdular, hәtta qardaşım rahibi görәndә ona
belә dedi: “Nә siz deyәn oldu, nә dә mәn deyәn...”
– Sәn deyәn oldu! – rahib qәzәblә bildirdi. – Henex, amma
sәn fırıldaqçının yekәsisәn!..
– Müqәddәs ata, sizin şәrәfinizә! – qardaşım bu sözlәrlә
badә qaldırdı, biz dә qәdәhlәri götürüb içdik, razılıqla bir-birimizi
bağrımıza basdıq, öpüşüb barışdıq... Razılıq deyәndә ki... necә
razı qala bilәrik? Bir gün әvvәl hәr birimizin әlindә, demәk olar
ki, yetmiş beş min rubl var idi, sanki külәk sovurub apardı.
Bilmәk istәyirsiniz ki, necә sovurub apardı? Buyurun, bu hesab,
bu kitab: mәndәn danışmağa belә dәymәz... Yetmiş beş minim
yoxdur, cәhәnnәmә ki! Ancaq sizdәn xәbәr alıram: qardaşım
Henexә teleqram vurub bildirmәsәydim ki, bilet yetmiş beş min
udub, nә edәcәkdi? Mәnim yerimdә başqası olsaydı, udmuş bileti
görüb nә qәrar verәrdi? Ağzına su alıb oturardı! Çox da ki
qardaşımdır, Henexin bura nә dәxli? Bәs bileti satsaydım, onda
120