Page 124 - Sholom_Aleyhem_Макет 1
P. 124
Şolom Aleyxem
irәli sürür... Vәkillәrdәn bundan artıq nә gözlәmәk olar? Sonu nә
ilә bitәcәk – bunu heç Allah da bilmir! Bәs iş mәhkәmәyә düşsә,
necә olacaq? Müqәssirlәri hansı cәza gözlәyir? Başdan-başa
müәmmadır!.. Başa düşürsünüz? Ancaq fikirdәn qıvrılan, gecә-
gündüz әzab çәkәn kimdir? Әlbәttә ki, Yankev-İosl! Bütün
şәhәrdә, әşi, şәhәr nәdir, cahanda xar olmuşam! Hamı mәni
barmaqla göstәrir: “Baxın, yetmiş beş min gәlir!” İşdәn-gücdәn
soyumuşam, cibimdә siçan oynayır, maddi durumum gündәn-
günә pislәşir. Arvadım xәcalәtindәn bazara getmәyә utanır –
arxasınca deyirlәr: “Nә yoğurdum, nә yapdım, hazırca kökә
1
tapdım!” Mәni birinci şәnbә Toranın oxunuşu mәrasiminә dәvәt
etmişdilәr. Artıq hesablamışdılar ki, udduğum yetmiş beş mindәn
şәhәrin büdcәsinә nә qәdәr ianә ödәmәliyәm, kasıb qohum-
әqrәbama nә qәdәr pul vermәliyәm vә qalan mәblәği necә
xәrclәmәliyәm! Biri әmin idi ki, yәqin, sәlәmçiliklә mәşğul
olacağam, digәri isә razılaşmayıb bildirirdi: yox, әvvәlki kimi
çörәk alverinә girişәcәyәm! Üçüncüsü sübut etmәyә çalışırdı ki,
kontor açsam yaxşıdır, çünki bu işdә böyük xeyir var, axı bizim
kontorların heç birinin yetmiş beş min rubl nağd sәrmayәsi
yoxdur! Başa düşürsünüz? Bizim camaat inamını çoxdan itirib:
heç kimin ağlına gәlmir ki, kiminsә әlindә iyirmi beş mindәn
artıq nağd pul var... Qәsәbәmiz belәdir dә, nә etmәli, Allah
buranı da belә yaradıb! Di gәl ki, adamlar hәr şeylә maraqlanırlar,
heç nәyi gizlәtmәk mümkün deyil, dedi-qodu baş alıb gedir!..
İşsiz-gücsüz, veyil-veyil gәzәnlәrin sayı kifayәt qәdәrdir, sәhәrdәn-
axşama qәdәr, o küçә sәnin-bu küçә mәnim, sülәnirlәr qәsәbәdә,
babal yumaqdan başqa peşәlәri yoxdur! Mәşğuliyyәtlәri onun-
bunun qeybәtini etmәkdir, burunlarını hara gәldi soxurlar. Bazarda,
aptekin qarşısında, yәni birjada toplaşıb milçәk kimi vızıldaşırlar.
Kimsә beş qәpik pul qazanıbsa, bunların paxıllıqdan ürәklәri
partlayır! Amma kiminsә var-yoxu әlindәn çıxıbsa, müflis olubsa,
bu adamlar üçün toy-bayramdır, sevincdәn az qalır rәqs elәsinlәr!..
1 Tora – Musanın perqament üzәrindә yazılmış beş kitabının әlyazması
124