Page 126 - Sholom_Aleyhem_Макет 1
P. 126
Şolom Aleyxem
doğmalarım! Amma nә etmәk olar ki, iş belә gәtirib, demәli,
qismәtim belә imiş... Qoy doğmalarım hәlә dә xәyallarla yaşasınlar –
onsuz da, qardaşım Henex pulların axırına çıxacaq. Qardaşım
xeyirxah adamdır! Pul kisәsinin ağzını açdısa, üzünü görmә!
Mәsәlәn, kasıb bacımızın toyuna altmış beş rubldan yetmiş iki
rubla qәdәr pul verәcәk... Qoca atamız üçün yüz rubl pul ayıracaq!
Qoy kişi bilsin ki, oğlu yetmiş beş min udub!.. Başa düşürsünüz?
Bu, yaxın qohumlardır! Uzaq qohumlar isә mәnә dinclik vermirlәr,
gәlib dәrd-sәrlәrini danışır, yardım gözlәyirlәr. Bәzilәri oğul
evlәndirmәyә, qız köçürmәyә hazırlaşır, mәlum mәsәlәdir ki,
vәsait lazımdır. Elәsi dә var, arvadından ayrılıb, düşünüb ki,
bәlkә, hәyatı yaxşılığa doğru dәyişdi... Nә isә, necә deyәrlәr, qo-
hum-әqrәbanı seçmirsәn, gәrәk dözәsәn! Başa düşürsünüz? Bәs
yadlar? Onlara nә deyәsәn? Yadların dәrdini mәn niyә çәkmәliyәm?
Günahım nәdir? Bütün düşmәnlәrimә pul uduşu arzulayıram!
İnanın, mәni görәndә yaltaq-yaltaq gülümsәyib saxta tәbrik
nitqlәri söylәyәnlәrdәn bezmişәm! İşә bax ki, tanımadığım
adamlar mәslәhәt üçün yanıma gәlir.
– Barәnizdә çox eşitmişik, – sözә başlayırlar, – hörmәtli
Yankev-İosl. Deyirlәr ki, ağıllı adamsınız. Ürәyinizә pis gәlmәsin,
Allahın sizә rәhmi gәldi vә pul uddunuz... Ömrünüz uzun olsun!
Dәrdimizә şәrik çıxın...
Başa düşürsünüz, ya yox? Biri çox uzaqdan gәlmişdi, şәhәrin
qәribә adı var, unutmuşam, amma bilirәm ki, dünyanın o başındadır,
nә özüm, nә dә dost-tanışım hәmin yerlәrdә olub. Qapı açılır,
içәri bir adam girir, әlindә bağlama.
– Salam!
– Salam! Hardansınız?
– Dünyanın o başından! Reb Yankev-İosl sizsiniz?
– Bәli, Yankev-İosl mәnәm. Eşidirәm...
– Demәli, siz yetmiş beş min udmuş hәmin Yankev-İoslsınız?
Bilәrәkdәn gәlmişәm, buralardan keçirdim, yetmiş beş min
söhbәtini eşidib qәrara gәldim ki, yetmiş beş min udmuş bәxtәvәri
gözlәrimlә görüm! Zarafat deyil! Yetmiş beş min rubl!
Başa düşürsünüz, ya yox? İndi gәl hәr yoldan ötәnә әhvalatı
әvvәldәn-axıra qәdәr söylә! Adamların rәyi ilә hesablaşmaqdan
126