Page 129 - Sholom_Aleyhem_Макет 1
P. 129

Yetmiş beş min

          anlatmağa ehtiyac var? Vәkil, ya hәkim, fәrqi yoxdur! Hәr ikisi
          bir bezin qırağıdır! Bu vәkillәrin işi-peşәsi bir-birinin әksinә
          danışmaqdır. Biri deyir ki, dördümüz dә bileti bizә vermәdiyi
          üçün bankdan vә varlı adamdan şikayәt etmәliyik... İlk baxışdan,
          pis fikir deyil, hә? İkinci vәkil bildirir ki, şikayәti yalnız iki nәfәr –
          mәn vә Birnbaum vermәlidir. Biletin qaytarılması barәdә banka
          göstәriş vermәdiyi üçün varlı adamdan şikayәtçi olmalıyıq.
          Mәncә, bu vәkilin dә sözündә hәqiqәt var. Düz demirәm? Üçüncü
          vәkil soruşur: “Sizi bankla bağlayan nәdir?” Mәgәr bank mәni
          tanıyır? Birdәn-ikidәn yolumuz kәsişib? Vәkil bildirir ki, şikayәti
          yalnız Birnbaum yazmalıdır, özü dә bankdan yox, varlı adamdan,
          çünki bankın heç bir günahı yoxdur: axı Birnbaum özü bankdan
          xahiş edib ki, bileti onun hesabından çıxarıb varlı adamın hesabına
          keçirsin... Bu vәkil dә haqlıdır! Başqa bir vәkil araya girib israr
          edir ki, şikayәti mәn vә Birnbaum yox, rahib vә qardaşım Henex
          yazmalıdır! Bu sözlәrdә dә hәqiqәt var, düz demirәm? Digәr
          vәkilin ağlına belә bir fikir gәlir: şikayәtә lüzum yoxdur! Gәlin
          araşdıraq, bankda, varlı adamın hesabında bilet necә peyda olub?
          Bileti Birnbaum verib. Bәs Birnbaum bileti hardan alıb? Yankev-
          İosldan, yәni mәndәn. Bәs bilet mәnim әlimә necә düşüb?
          Qardaşım Henex verib. Henexә bilet hardan? Borc kimi rahibdәn
          alıb. Qardaşım deyir ki, alıb, rahib isә israr edir ki, bileti borc
          verib. Fәrqi var? Әmәlә gәlәn iş deyil. Ona görә dә rahib bileti
          qardaşımdan istәyir, Henex isә öz növbәsindә mәndәn, mәn dә
          Birnbaumdan tәlәb edirәm. Bәs Birnbaum? O, bileti kimdәn
          istәmәlidir? Әlbәttә, bankdan! Bank isә bildirir ki, Birnbaumu
          yox, varlı adamı tanıyır! Bu halda, qoy Birnbaum bileti varlı
          adamdan, o da bankdan tәlәb etsin. Düzdür, varlı adam qorxur
          ki, ondan şikayәt edә bilәrlәr. Ona görә dә Birnbaum varlı adama,
          mәn Birnbauma, qardaşım Henex mәnә, rahib isә Henexә qәbz
          vermәlidir. Hә, necәdir, fikrim xoşunuza gәlir? Bundan yaxşı nә
          ola bilәr? Amma bir vәkil dә peyda olur, özünü hamıdan ağıllı
          sayır, әcaib suallar verir: biz hardan bilәk ki, dövrә rahiblә
          qapanır? Bәlkә, kolların dalında biri gizlәnib, sabah çıxacaq,
          şahidlәri dә başına toplayıb gәlәcәk, sәnәdlәri gözümüzә soxub




                                                              129
   124   125   126   127   128   129   130   131   132   133   134