Page 134 - Sholom_Aleyhem_Макет 1
P. 134
Şolom Aleyxem
Birnbaum bildirdi ki, әgәr doğma qardaşım mәnә etimad
göstәrmirsә, o, yәni yad adam, ümumiyyәtlә, hәr ikimizә şübhә
ilә yanaşır! Amma Birnbaum da alәmin bicidir! Sözlәrini elә
deyir ki, nә şiş yansın, nә kabab! Bәlkә dә, qismәn haqlıdır. Üç
vәkil barәdә danışmağa dәymәz, onlar bu “mәrasimdә” mütlәq
iştirak etmәlidir, çünki sonra qalaq-qalaq әrizә vә tәhvil-tәslim
aktı yazmalıdırlar... Bu minvalla, qalır dәllallar. Bildirdilәr ki,
üçü dә bizimlә getmәlidir, çünki yerin altını da bilirlәr, üstünü
dә! Onların üzü üzlәr görüb, Yequbetsk birjasında yaxşı mәktәb
keçiblәr, kimin nә qәdәr faiz alacağını gözüyumulu hesablamağı
bacarırlar... Başa düşürsünüz?
Belә razılığa gәldik ki, banka tәk-tәk, günün müxtәlif
vaxtlarında gәlәk. Hamı birinci olmaq istәyirdi, ona görә dә
sәhәrin gözü açılmamış elә eyni vaxtda bankın qarşısına toplaşdıq,
uzun müddәt küçәdә var-gәl elәdik, nәhayәt, qapı açılan kimi
bileti almaq üçün özümüzü içәri dürtdük. Bankın nә demәk
olduğunu, yәqin, izah etmәyә ehtiyac yoxdur. Bank tısbağaya
bәnzәyir, vaxtdan boldur, tәlәsmәklә arası yoxdur. Bilet, Yankev-
İosl, yetmiş beş min, rahib, Henex, Birnbaum, pul qazanmağa
hәris olan dәllallar, ümumiyyәtlә, insanlar bankın nә vecinә?
Әmәkdaşları da, necә deyәrlәr, buğda yeyib, cәnnәtdәn çıxıblar!
Biri papiros tüstülәdir, ikisi mırt vurur, üçüncüsü çay içir, digәri
karandaşın ucunu yonur, bir başqasının isә başı qәzet oxumağa
elә qarışıb ki, güllә atsan, eşitmәz!
Bankın içindә vurnuxur, әsnәyir, öskürürük ki, bәlkә, bizә
fikir verәn tapıldı. Yox! Kimsәnin vecinә deyilik! Nәyahәt,
mühasib gәlib çıxır, amma mәlum olur ki, xәzinәdar yerindә
yoxdur. Xәzinәdar tapılır, indi dә müdiri axtar! Müdir hardadır?
Hәlә yatır! Bankın sahibi olasan, iş vaxtı yatasan! Belә dә iş
olar? Onu bilet, Yankev-İosl, yetmiş beş min, rahib, Henex,
Birnbaum, pul qazanmağa hәris olan dәllallar, ümumiyyәtlә,
insanlar әsla maraqlandırmır! Görәsәn, belә müdir nә qәdәr
mәvacib alır? Bәlkә dә, altı min, ya da sәkkiz min, hәtta ola
bilsin, on min! Zavallının çalışmaqdan nәfәsi kәsilib, әldәn
134