Page 135 - Sholom_Aleyhem_Макет 1
P. 135

Yetmiş beş min

          düşüb. Onun mәvacibinin yarısını, hәtta üçdә birini mәnә
          versәydilәr, yorulmaq bilmәdәn işlәyәrdim, dәridәn-qabıqdan
          çıxardım! Bir kәnarda durub belә düşünürәm, bәlkә dә,
          ümumiyyәtlә, heç nә barәdә fikirlәşmirәm... Başa düşürsünüz?
             Nәhayәt, müdir tәşrif buyurur. Әlbәttә, hamımız onun üstünә
          cumuruq. Müdir nәdәnsә qorxur vә әlini havada yellәyib gözlәmәyi
          işarә edir. Sonra üç vәkil vә rahib yaxınlaşıb kağızları ona
          verirlәr. Başa düşürsünüz, ya yox? Müdir kağızları alıb otağına
          çәkilir. Bizim isә gözlәmәkdәn başqa çarәmiz yoxdur. Gözlәmәk,
          yalnız gözlәmәk! Xeyli keçәndәn sonra müdir dolubәdәnli bir
          kişi ilә otaqdan çıxır, arxası bizә tәrәf dayanır, hәmin kişi ilә
          uzun-uzadı söhbәtlәşir. Onun bilet, Yankev-İosl, yetmiş beş min,
          rahib, Henex, Birnbaum, pul qazanmağa hәris olan dәllallar,
          ümumiyyәtlә, insanlar nә vecinә? Qәfildәn bizә tәrәf çevrilib
          deyir:
             – Kağızlarınız hazırdır, xәzinәyә yaxınlaşın...
             Başa düşürsünüz? Bunu bayaqdan deyә bilmәzdin? Kağızları
          götürüb, xәzinәyә yaxınlaşırıq. Düşünürük ki, nәhayәt, iztirablara
          son qoyuldu. Ay-hay! Hәr arzumuz belә asanlıqla hәyata keçsәydi,
          nә dәrdimiz? Xәzinәdarın vaxtı yoxdur, pul saymaqla mәşğuldur.
          Yüzlük vә beşyüzlük әsginaslar zibil kimi әtrafına sәpәlәnib,
          masanın üstündәki qızıl pullar isә üst-üstә qalanıb, әl basmağa
          yer yoxdur. Görәsәn, burda nә qәdәr pul var? Allahın altında, bu
          pulun onda biri mәnim olsaydı, tüpürәrdim biletә!.. Bir kәnarda
          dayanıb belә düşünürәm, bәlkә dә, hәmin anlarda, ümumiyyәtlә,
          heç nә barәdә fikirlәşmirәm! Xәzinәdar isә pul saymaqla mәşğuldur,
          bizi heç vecinә almır! Onu bilet, Yankev-İosl, yetmiş beş min,
          rahib, Henex, Birnbaum, pul qazanmağa hәris olan dәllallar,
          ümumiyyәtlә, insanlar әsla maraqlandırmır! Qızıl pulları saydıqca
          cingiltisi әtrafa yayılır. Qızıl pulun cingiltisi, başa düşürsünüz,
          ya yox?
             Qısa vә konkret, harda qalmışdıq? Hә, qızılda. Pulları sayıb
          qurtarır vә başını qaldırıb bizә baxır, kağızları alır, diqqәtlә
          nәzәrdәn keçirir. Sonra masanın siyirmәsindәn böyük zәrf çıxarıb
          açır, bileti әlinә alıb soruşur:




                                                              135
   130   131   132   133   134   135   136   137   138   139   140