Page 131 - Sholom_Aleyhem_Макет 1
P. 131

Yetmiş beş min

          bәs deyil, hәlә utanmaz-utanmaz zәmanәt dә tәlәb edirsiniz?”
          Şübhәsiz, bu, şәnimizә toxundu. “Ay sizi belә-belә olasınız! Bәs
          bizim әdalәtimiz, insafımız qara qәpiyә dәymir? Bizim yerimizdә
          başqası olsaydı, cınqırını da çıxarmazdı, sakitcә keçәrdi yetmiş
          beş minin dalına, kimsәnin ruhu da incimәzdi. Siz isә xәcalәt
          çәkmәdәn bizә moizә oxuyursunuz?!” “Nәdir, bәlkә, sizә tәşәkkür
          edib bağrımıza basaq?” Bunu qardaşım Henex deyir. Dözә
          bilmәyib cavabını verdim, o, bir söz, mәn bir söz, iki qardaş
          arasında әmәlli-başlı qalmaqal düşdü. Nә isә, onları razı saldıq
          ki, bizә tam zәmanәt verәcәklәr. Hansı şәkildә? Yazılı? Bir parça
          yazılı kağızın nә qiymәti var ki! Veksellә? Düzünә qalsa, elә o da
          kağız deyilmi? Bәs zәmanәt hansı formada olacaq? Nağd pul
          şәklindә! Nәnәm, qәbri nurla dolsun, deyәrdi: “Soğan olsun,
          nağd olsun!” Bәs bu qәdәr nağd pulu hardan götürәk? İndiki
          zәmanәdә kimdә bu qәdәr nağd pul tapılar? Bәlkә dә, kiminsә
          varıdır, mәsәlәn, Brodskinin pulunu saymaqla qurtarmaz! “Nә
          isә, bütün bunlar boş sözlәrdir! Mәnim zәmanәtimi vermәyincә,
          kağıza imza atan deyilәm!” “Söhbәt hansı zәmanәtdәn gedir?”
          “Mәnim üçün fәrqi yoxdur, tәki zәmanәt olsun! Yәni adamlar
          mәni әlә salıb gülmәsinlәr. Demәsinlәr ki, Yankev-İosl maymaqdır!”
          Başa düşürsünüzmü?
             Bu, mәsәlәnin bir tәrәfi. Bizim Birnbaum isә dediyindәn
          dönmür: adamlardan soruşmaq lazımdır! O, mühüm kağıza imza
          atmalıdır, ona görә dә tәlәb edir ki, adamlar bu mәsәlә barәdә
          rәy bildirsinlәr, onlar necә desә, elә dә olacaq! Deyirәm: “Yenә
          başladı – adamlar! Bu mәsәlәni birdәfәlik çürütdük dә! Adamların
          yaxasından әl çәkin!” Birnbaum deyir: “Bilirsiniz, mәqsәdim
          budur: qoy adamlardan xәbәr alsınlar, bәlkә, onlar deyәcәklәr ki,
          mәnә pul düşmür, boş-boşuna niyә pul alım?” Başa düşürsünüz,
          ya yox? Bağırıram: “Zәmanәt!” Birnbaum daha ucadan bağırır:
          “Adamları çağırın! Zәmanәt barәdә sonra razılaşarıq! Әvvәlcә,
          adamların rәyini soruşmaq lazımdır!” Ona deyirәm ki, tutuquşu
          kimi eyni sözlәri niyә tәkrar edirsiniz? Nә vermisiniz bu adamlara,
          ala bilmirsiniz? Sözlәriniz mәni lap tәngә gәtirib, başım şişib!
          Yaxşısı budur, zәmanәti alıb qoyaq cibimizә! Zәmanәt hәr şeydәn
          vacibdir...




                                                              131
   126   127   128   129   130   131   132   133   134   135   136