Page 133 - Sholom_Aleyhem_Макет 1
P. 133

Yetmiş beş min

          “Әcaib yuxu görürdüm. Guya qanadlarım var, uçuram. Arxamca
          da qorxulu, dәhşәtli quşlar uçur, ilanlar, kәrtәnkәlәlәr gәlir, mәni
          tutub parçalamaq istәyirlәr...” Bir dәfә isә yuxuda gördüm ki,
          hava ilә üfürülmüş kisәnin içindәyәm. Kisә qırmızı rezindәndir,
          bir kәnarında da iri şriftlәrlә yazılıb: 75 000...  Yaydır, şәnbә
          günü, adamlar gәzintiyә çıxıb, ayaq saxlayıb gözlәrimin içinә
          baxırlar... Birdәn – cırıltı sәsi gәlir! Rezin kisә ortadan bölünüb
          partlayır.  Yerә yıxılıb bağırıram: “Sipoyra! Partladı!” “Allah
          sәsini batırsın! Kim partladı? Niyә partladı? Qoy düşmәnlәrimiz
          partlasın!..” Arvadım mәni silkәlәyib yuxudan oyadır, sonra da
          bütün qadınlar kimi, yuxunu yaxşılığa yozur.
             Qısa vә konkret, harda qalmışdıq? Hә, biletin bankdan geri
          alınmasında. Vaxt gәlib çatanda yeni әhvalat başladı: “Bu şәrәfә
          kim layiq görülәcәk?” Yәni bileti almağa kim gedәcәk? Әlbәttә,
          hәrә özünә cavabdehdir, düzdür, hamı bir-birinә inanır, amma
          insan çiy süd әmib, kimin ürәyindәn nә keçdiyini bilmәk olmur,
          axı söhbәt yetmiş beş min rubldan gedir! Başa düşürsünüz, ya
          yox? Ona görә dә qәrar belә oldu: nә sәn, nә mәn, bileti geri
          almağa birlikdә gedirik! Birlikdә nә demәkdir? Yәni on nәfәr!
          on nәfәr hardan çıxdı? Zәhmәt olmasa, sayın: bir – mәn, iki –
          Birnbaum, üç – rahib, dörd – qardaşım Henex, üç vәkil (rahibin,
          qardaşımın taraşanlı vәkili, mәnim vә Birnbaumun çerkassklı
          vәkili), demәli, göz dәymәsin, yeddi nәfәr, bundan başqa, işә
          qarışmış vә uduşu bizim aramızda bölüşdürәn üç dәllal. Hә, on
          nәfәr oldu? Әvvәlcә, özümüzü çox narahat hiss edirdik. Qardaşımın
          tәrsliyi tutmuşdu: şirәyә toplaşan milçәk kimi, bu qәdәr adam
          nәyә gәrәkdir? İki nәfәr kifayәtdir: mәn, yәni Henex vә rahib!
          Qardaşımın acığı tutmuşdu ki, kimsә onun insafına vә rahibin
          andına bel bağlamır!.. Yәni dәstәnin digәr üzvlәri onlara inanmır!
          Amma bu iradları vecә alan kimdir? Çünki hәrә öz iddiasını irәli
          sürür vә haqlı olduğunu sübut etmәyә çalışırdı. Mәsәlәn, mәn,
          hesab edirdim ki, bileti bankdan almağa gedәnlәr arasında mütlәq
          olmalıyam, әks tәqdirdә, qardaşımla bir-birimizә kәlәk gәlә
          bilәrik. Tәsәvvür edin, bu halda mәn nә duruma düşәrәm? Giley-
          güzarımı kimә bildirәcәyәm? Allaha? Axı Henex qardaşımdır!..




                                                              133
   128   129   130   131   132   133   134   135   136   137   138