Page 138 - Sholom_Aleyhem_Макет 1
P. 138

Şolom Aleyxem

                – Necә yәni kim deyib? – cavab veririk. – Bilet özü! Yetmiş
            beş min udub! Seriyası iki min iki yüz sәksәn doqquz, nömrәsi
            dә on iki!...
                – Bәli, – mәmur ciddi görkәm alır, – haqlısınız, seriyası iki
            min iki yüz sәksәn doqquz, nömrәsi dә on iki olan bilet, hәqiqәtәn,
            yetmiş beş min udub. Lakin sizin biletin seriyası iki min iki yüz
            doxsan sәkkiz, nömrәsi dә on ikidir. Sәhv olub...
                Başqa sözünüz var? Nә deyә bilәrәm? Mәmur bunları
            söylәyәndә әvvәlcә dәli olduq! Düşündük ki, ya başı xarab olub,
            ya da biz ağlımızı itirmişik! Yaxud yuxu görürük!... Mat-mәәttәl
            bir-birimizin üzünә baxdıq, sonra ağlımıza gәldi ki, bileti yoxlayaq.
            Nәyә desәniz and içә bilәrәm, mәmur haqlı idi: seriya 2298,
            nömrә 12. Başa düşürsünüz, ya yox?
                Bütün bunlardan sonra, әziz dostum, sizә nәsә danışmağın
            mәnası var? Düşdüyümüz vәziyyәtin heç ondabirini sizә çatdırmaq
            imkanım yoxdur, bunu tәsәvvür edә bilmәzsiniz, ümumiyyәtlә,
            bankdakı mәnzәrәni dәqiq qәlәmә almaq mümkün deyil, bir-bi -
            ri  mizin üzünә baxa-baxa donub-qalmışdıq. Necә başa salım?
            Sifәtimiz әyilib elә kökә düşmüşdü ki, insan cildinә girmiş
            heyvana bәnzәyirdik. Gözlәrimizlә bir-birimizi parçalamağa hazır
            idik! Әslindә, sәbәb nәdir? Kimsә bizә pislik edib? Yox! Sadәcә
            yuxumuza yetmiş beş min girib! Vәssalam! Bağışlanılmaz bir
            şey var? Buna görә bir-birimizi parçalamağa dәyәrmi?  Yәni
            insan hәyatının bir qara qәpik qiymәti yoxdur? Zavallı sәrsәmlәr,
            başa düşürsünüz, ya yox? Әn çox acığım tutan da Birnbaum idi!
            Qalanları özlәrini tәmizә çıxarmağa, günahı bir-birinin boynuna
            atmağa çalışırdılar: rahib, qardaşım Henexi günahlandırırdı.
            Qardaşım Henex isә deyirdi: heç nәdәn xәbәrim yoxdur, әgәr
            qardaşım, yәni mәn,  Yankev-İosl teleqram vurub mәni tәbrik
            etmәsәydi, yetmiş beş min heç yuxuma da girmәzdi! Başa
            düşürsünüz? “Ay sәni, әziz qardaşım, qәzetә әcәb baxmısan!”
            Soruşuram: “Bәs sәn niyә diqqәtlә baxmamısan?” Cavab verir:
            “Baiskar sәnsәn! Bilet sәndә idi, baxaydın!” Eşitdiniz dә? Yetmiş
            beş mindәn söhbәt gedәndә mәni saya salan yox idi, indi isә





             138
   133   134   135   136   137   138   139   140   141   142   143