Page 142 - Sholom_Aleyhem_Макет 1
P. 142
Şolom Aleyxem
götürәk, adı Lokldur. Günlәrin bir günü dişi bәrk ağrıyırdı.
Hәkimlәr başına daha nә oyun açmadılar: iynә vurdular, keyitdilәr,
nә illah elәdilәr – әmәlә gәlmәdi. Lokl ağrıdan başını divara
vururdu, sonra sarımsağı götürüb qulağına soxdu. Deyirlәr,
sarımsaq diş ağrısına çox kömәk elәyir. Vәziyyәti lap pislәşdi, az
qala, divara dırmaşırdı. Hәkim gәlib başladı Loklun nәbzini
yoxlamağa. Axmaq adam, nәbzin bura nә dәxli var? Yaxşı ki,
Loklu Yequpetsә apardılar, yoxsa bacısı Perl kimi, odünyalıq
olacaqdı! Yazıq qız doğuş vaxtı ölmüşdü, gözdәymәdәn, Allah
sizdәn uzaq elәsin...
Hә, söhbәt nәdәn gedirdi? Dul qadından! Cavan yaşımda,
qucağımda südәmәr körpә ilә Bednyak küçәsindәki evin yarısında
tәk qaldım. Dülgәr Leyzerlә qonşuyuq, siz onu tanımalısınız,
hamamın arxasında yaşayır. Soruşa bilәrsiniz, bәs nә üçün evin
yarısında? Çünki o biri yarısı yeznәmindir, onu da tanımalısınız,
adı Azrieldir. Vesyolıkutludur, yәni, Vesyolı Kut qәsәbәsindәndir.
Balıq satır, özünün dediyi kimi, kişinin oğlu balıq taciridir. Göz
dәymәsin, pis qazanmır. Hәr şey çaydakı sudan asılıdır. Sakit
havada tora çoxlu balıq gәlir, qiymәt aşağı düşür. Әlverişsiz
havada isә balıq azalır – qiymәt qalxır. Yeznәm Azriel hesab edir
ki, yaxşısı budur, balıq olsun vә qiymәt aşağı ensin. Soruşuram:
“Sәnә xeyri nәdir?” Cavab verir: “Xeyri var, sakit havada balıq
tora gәlir – qiymәt düşür. Pis havada tutmaq olmur – qiymәt
qalxır. Yaxşısı budur, balıq çox olsun, qiymәt aşağı düşsün”.
“Axı sәnә xeyri nәdir?” O, yenә dә: “Sakit havada balıq tora
gәlir – qiymәt düşür, pis havada tutmaq olmur – qiymәt qalxır.
Yaxşısı budur, balıq çox olsun, qiymәt aşağı ensin”. Tfu, lәnәtә
gәlmiş, tutuquşu kimi bir sözün ucundan yapışır, indi gәl bu qan-
mazla danış görüm, necә danışırsan!
Söhbәt nәdәn gedirdi? Hә, mәnzildәn! Әlbәttә, adamın öz
küncü olsa, yaxşıdır, başqasından asılı olmayasan. Nahaq
demәyiblәr: özgә atına minәn tez düşәr. Demәli, mülkün yarısı
mәnә mәxsusdur. Amma qucağında körpәsi olan zavallı dul
qadının yarım ev nәyinә lazımdır? Başımı soxmağa bir yerim
olsun – bәsimdir! Yarım ev dә pis gündәdir, damı çürüyüb, uzun
142