Page 145 - Sholom_Aleyhem_Макет 1
P. 145

Güvəc

          xalis qızıldır, göz dәymәsin! Çünki canımı, hәyatımı ona qurban
          vermişәm. Baxmayın ki, qadınam. Mәnim yerimdә hәr hansı kişi
          olsaydı, bәlkә dә, dözmәzdi. Elә kişi var, lәtifәsi sizdәn uzaq,
          qadından da betәrdir.
             Hәyat belә kişini azacıq divara dirәyәn kimi әndazәdәn çıxır!
          Uzağa getmәk lazım deyil. Götürәk Moyşe-Avromun oğlu İosyanı.
          Nә qәdәr ki arvadı Frume-Nexa sağ idi, hәr şey yağ kimi gedirdi.
          Arvadı ölәn kimi dәyişdi, burnunu salladı, qaraqabaq oldu,
          hәyatdan küsdü... “Reb İosya, – deyirәm, – Allah kömәyiniz
          olsun, özünüzü әlә alın, olacağa çarә yoxdur. Arvadın ölümü
          Allahın iradәsidir, bizim müqәddәs kitablarda necә yazılıb? Canı
          verәn dә Allahdır, alan da! Bunu mәndәn yaxşı bilirsiniz axı!”
             Söhbәt nәdәn gedirdi? Hә, yeganә oğlumdan... Doğrudur,
          göydә Günәş tәk olduğu kimi, övladım da mәnim üçün yeganәdir.
          Onu tanımırsınız? Adını qayınatam David-Girşin şәrәfinә veriblәr.
          Görsәn, sanki atasının burnundan düşüb, Allah ona uzun ömür
          versin. Rәhmәtlik atası kimi cılızdır, kişi dә arıq, zәif, bir dәri,
          bir sümük idi... Ruhani mәktәbi, Talmutu oxumaq yazıq uşağı
          lap әldәn salıb... Deyirәm: “Bәsdir, әziz balam, özünü üzmә,
          dincәl, gör nә hala düşmüsәn, bir şey ye, heç olmasa, şirin çay
          iç”. Cavab verir: “Sağ ol ana, özün iç, sәnә daha çox lazımdır,
          axı işlәyib yorulursan. İstәyirsәn, bazardan zәnbili gәtirmәkdә
          sәnә kömәk edim!” Etiraz edirәm: “Heç ağlına da gәtirmә. Zәnbil
          daşımaq sәnin işin deyil. Düşmәnlәrim (onların sayı kifayәt
          qәdәrdir) bircә bunu görmәyәcәklәr. Sәnin işin oxumaq, savad
          qazanmaqdır”. Özüm isә gözümü ondan çәkmirәm, ikiyә bölünmüş
          bir almadır, necә dә atasına oxşayır, elә onun kimi dә öskürür.
          İlahi, niyә mәnә belә cәza verirsәn?! Uşağım öskürәndә ürәyimdәn
          qara qanlar axır. Onu ayağa qaldırıb adam arasına çıxarmaq
          mәnә çox baha başa gәlib! Nә qәdәr әzab çәkmişәm, yuxusuz
          gecәlәr keçirmişәm!  Axı, reb, heç kәs inanmırdı ki, balam
          sağalacaq, çünki dünyada elә bir xәstәlik, elә bir azar yox idi ki,
          gәlib onu tapmasın. Daha hansı xәstәliklәrә tutulmadı? Qızılca,
          suçiçәyi, skarlatin, difterit... Nәlәr çәkdiyimi bir  Allah bilir.
          Görünür,  Tanrı dul qadının göz yaşlarını görüb rәhmә gәldi,




                                                              145
   140   141   142   143   144   145   146   147   148   149   150