Page 144 - Sholom_Aleyhem_Макет 1
P. 144

Şolom Aleyxem

            ki, necә deyәrlәr, adını çәk, üzünü görmә. Adı Oyzerdir. Tanımamış
            olmazsınız, sinaqoqda xidmәtçidir, görünür, mömin adamdır,
            ağlı da yerindә. Amma Qnesya onun başına olmazın oyunlar
            açır! “Oyzer, ora! Oyzer, bura! Oyzer, qaç! Oyzer, tut!” Kişinin
            vecinә deyil! Hәrdәn canını zarafatla qurtarır (yaman zarafatcıldır!),
            ancaq hәmişә qul kimi әmrә müntәzirdir. Xoşbәxtlikdәn, xasiyyәti
            hәlimdir.
                Söhbәt nәdәn gedirdi? Hә, kirayәnişinlәrdәn, pis qonşulardan...
            Bunlardan betәrini tapmazsan! Allah göstәrmәsin, Qnesyaya pis
            deyә bilmәrәm, insaflı qadındır, dilәnçiyә sәdәqә, yoxsula bir
            parça çörәk verәr. Amma ayağını tapdaladınsa – üzünü görmә!
            Rüsvayçılıq, biabırçılıq baş alıb gedir! Xәbәrçilik olmasın, amma
            sizә deyәrәm, heç kәs bilmәsin... әrini o söz, әzişdirir... hә-hә...
            hamıdan gizlin... “Ah, Qnesya, Qnesya, – deyirәm, – axı ayıbdır,
            Allahdan qorxun!” Cavab verir: “Sizә nә? Burnunuzu hәr yerә
            soxmayın!” Deyirәm: “Yaxşı, mәnә nә? Özünüz bilәrsiniz!”
                Üstәlik, acıqla deyinir dә: “Burnunu özgә güvәcinә soxanın
            başından dәrd-bәla әskik olmasın!” Cavab verirәm: “Qapı
            deşiyindәn baxan kor olsun!” Hirslә bildirir: “Başqasının söhbәtinә
            qulaq şәklәyәn kar olsun!” Vicdansız qadın!
                Söhbәt nәdәn gedirdi? Hә, tәmizlikdәn, sәliqә-sahmandan...
            Etiraf edirәm, tәmizlik xәstәsiyәm, evdә gәrәk bir toz dәnәciyi
            dә olmasın. Bunun nәyi pisdir? Qnesya isә, deyәsәn, evimin
            sәliqә-sahmanına, tәmizliyinә, rahatlığına, döşәmәnin parıltısına
            dözә bilmir... Öz evinә baxın! Pintilik ayaq tutub yeriyir, zibil
            boğaza çıxır, çirkab vedrәsi ağzına qәdәr doludur! Tfu! Sәhәr
            tezdәn, gözlәrini açar-açmaz evindә qiyamәt qopur. Bunlar da
            uşaqdır?  Yox, şeytan balalarıdır! Heç onları mәnim oğlumla,
            şirin-şәkәr Davidimlә müqayisә etmәk olar? Davidim, Allah onu
            mәnә çox görmәsin, bütün günü ruhani mәktәbindә olur, axşam
            evә gәlәn kimi dә işsiz dayanmır: ya dua oxuyur, ya da kitab
            vәrәqlәyir. Bәs Qnesyanın uşaqları? İlahi, keç günahımdan, gah
            yeyir, gah qusur, boğuşur, küçәdә boş-boşuna veyillәnirlәr.
            Özünüz deyin, Allah ona bir sürü dәcәl, mәnә isә ağıllı bir övlad
            qismәt edibsә, bunun günahı mәndәdir? Gül kimi balam var,




             144
   139   140   141   142   143   144   145   146   147   148   149