Page 147 - Sholom_Aleyhem_Макет 1
P. 147

Güvəc

          gәtirim. Kitabların siyahısını çalışdığım evin xanımına uzadıram.
          Oxuyub gülür: “Yenta, bu kitablar nәyinizә gәrәkdir?  Toyuq-
          cücәyә yedizdirәcәksiniz?” Düşünürәm: “Gülün, gülün, amma
          Davidim hansı kitabı oxumağı yaxşı bilir”. Hәr gün gecәyarıya
          qәdәr tәdris kitablarındakı çalışmaları hәll edir, xahiş edir ki,
          yenә kitab gәtirim. Mәndәn nә gedir? Oxuduqlarını aparıb,
          yenisini gәtirirәm. Özünü hamıdan ağıllı sayan başabәla hәkim
          yenә soruşur: “Toyuğun dörddәbirindәn oğlunuza şorba bişirirsiniz?”
          Qәribә adamdır! Lazım gәlsә, lap dörddәüçündәn dә bişirәrәm,
          әlimdәn gәlәni beş qaba çәkәrәm! Görәsәn, belә hәkimlәr hardan
          peyda olur? Onlara harda savad verirlәr?
             Söhbәt nәdәn gedirdi? Hә, şorbadan... Allahın verdiyi hәr
          gün toyuğun dörddәbirindәn şorba bişirib dәrsdәn qayıdan
          oğlumun qabağına qoyuram. O yeyir, mәn dә yanında әylәşib
          fәrәhlә baxıram. Ürәyimdәn bir arzu keçir: İlahi, özün kömәk ol!
          Ruzi göndәr ki, sabah da şorba bişirә bilim! Oğlum soruşur:
          “Ana, sәn niyә yemirsәn?” “Nuş elә, oğlum, mәn toxam”. “Nә
          yemisәn?” “Allah verәndәn, yeyib doymuşam. Sәn narahat
          olma…” Yeyәndәn sonra yenә kitabları әlinә alır, mәn isә şorbanın
          kartofunu, ya da soğan-çörәk yeyib mәdәmi aldadıram. İnanın,
          şәrәfimә and olsun, bu soğan-çörәk mәnә yağlı qovurmadan
          dadlı gәlir. Sevinirәm ki, Davidim bu gun şorba yedi vә sabaha
          hәlә toyuğun dörddәbiri qalıb. Uşaq çox pis öskürür, az qala, ödü
          ağzına gәlir. Hәkimdәn xahiş edirәm: “Öskürәyә qarşı bir dәrman
          verin!” Soruşur: “Rәhmәtlik әriniz ölәndә neçә yaşı vardı? Nәdәn
          vәfat etdi?” “Yaşı çatdı, ölüb getdi. Söhbәt oğlumdan gedir,
          atasının bura nә dәxli?” – tәәccüblә soruşuram. Hәkim әl çәkmir:
          “Yox, mәn bunu bilmәliyәm ki, oğlunuzu müayinә edim, yaxşı
          uşaqdır, ağıllı oğlandır, Allah saxlasın!” “Sağ olun, bunu özüm
          dә bilirәm. Yaxşısı budur, siz ona öskürәk dәrmanı verin! Zәhrimar
          uşağı әldәn salıb...” Hәkim yapışdığından buraxmır: “Mәsәlә
          dәrmanda deyil, qoy bir müddәt kitablardan uzaqlaşsın!” “Bәs
          neylәsin?” “Tәmiz havada gәzsin, gecәlәr kitab oxumasın. Hәm
          dә özünü darıxdırmasın, zamanı gәlәndә hәkim olar!” Sözlәri
          xoşuma gәlmәdi. Boş-boş danışır, o dәqiqә görünür ki, kәmsavaddır.




                                                              147
   142   143   144   145   146   147   148   149   150   151   152