Page 152 - Sholom_Aleyhem_Макет 1
P. 152

Şolom Aleyxem

                                Onu dağlar çağırır,
                               Qartal göydә çırpınır,
                                Palmalar çiçәklәnir,
                              Peyğәmbәrlәr nur saçır,
                               Yaradandan söz açır.


                Belә qafiyәlәr mәnә yaxşı tanışdır, qulaqlarımı deşir, eşidәndә
            gözlәrim qaralır. Bu cür şeirlәri oxuyandan sonra adamın qәlbi
            sәhra kimi kimsәsiz qalır, qәribsәyirsәn...
                Tәsәvvür edin ki, bu dәfә yanılmışdım. Gәnc әlini qoltuğuna
            soxmadı vә bir yığın әlyazması çıxarmadı. Onun nә romanı, nә
            pyesi, nә dә şeiri vardı.
                Köynәyinin yaxasını düymәlәyib öskürdü vә sözә başladı:
                –  Yanınıza gәlmişәm ki, dәrdimi danışım, mәslәhәtlәşim.
            Düşünürәm ki, sizin kimi insan mәni başa düşә bilәr. Yazdıqlarınız
            onu göstәrir ki, hәr şeydәn başınız çıxır, demәli, yaxşı mәslәhәt
            verә bilәrsiniz. Әvvәlcәdәn deyim ki, necә mәslәhәt bilsәniz, elә
            dә edәcәyәm.  And içmәyә hazıram... Üzr istәyirәm, bәlkә,
            vaxtınızı alıram?
                – Vaxt önәmli deyil. Danışın görәk, nә olub? – çiynimdәn
            ağır yük götürüldü.
                Qonaq masaya yaxın әylәşib asta sәslә dәrdini danışmağa
            başladı. Әvvәlcә sakit görünürdü, sonra qızışıb coşdu.
                – Bilirsiniz, mәn kiçik qәsәbәdә yaşayıram. Әslindә, qәsәbәmiz
            o qәdәr dә kiçik deyil. Daha doğrusu, böyükdür. Şәhәr kimi.
            Lakin sizin şәhәrlә müqayisәdә çox kiçikdir... Qәsәbәmizi yaxşı
            tanıyırsınız. Adını demәyәcәyәm. Qorxuram, hansısa әsәrdә tәsvir
            edәsiniz. Bәzi sәbәblәrә görә mәnә sәrf etmir... Yәqin, nә ilә
            mәşğul olduğumu bilmәk istәyirsiniz? Hm... Mәnim işim...
            Ümumiyyәtlә, heç nә ilә mәşğul olmuram. Başqa sözlә, hәlәlik,
            heç bir iş görmürәm. Açığı, qayınatamın hesabına dolanıram.
            Tәkcә dolanışığın yox, qalan hәr şeyin pulunu o verir. Bәs necә?
            Yeganә qızının әriyәm, nә lazımdırsa, әsirgәmir. Hәlә on il dә
            bizi saxlasa, dünya dağılmaz. Çünki varlı adamdır! Düzü, pul
            içindә üzür. Qәsәbәdә onlardan zәngin adam yoxdur.




             152
   147   148   149   150   151   152   153   154   155   156   157