Page 157 - Sholom_Aleyhem_Макет 1
P. 157
Məsləhət
– Allah elәmәsin! – dedi. – Mәnim belә şübhәm yoxdur! Siz
nә danışırsınız? Axı arvadım yәhudi qızıdır! Çox nәcibdir!.. Mәn
hәkimdәn bәhs edirәm, görüm onu cәhәnnәm odunda yansın!
Dәrzi atası ilә birlikdә! Bu çәpgöz dәrzi öz pambıq libasında
küçәlәri dolaşıb çәrәnlәyir. Elә bilirsiniz, ağıllı nәsә danışır?
Yox, özündәn uydurur, boş şeylәrdәn dәm vurur! Dili dinc
durmur, üdülәyib-tökür. Vecimә deyil! Amma bәla burasındadır
ki, yerin dә qulağı var. Bir dә gәrәk bizim qәsәbәyә bәlәd olasan.
Buranın dedi-qodu hәvәskarları, iftira yayanları vә böhtan atanları
bütün dünyada mәşhurdur. Onların dilinә düşdünsә, işin bitdi!..
Üzümә heç nә demәsәlәr dә, arxamca elә sözlәr danışırlar ki,
mәәttәl qalıram. Hәkim arvadımla söhbәt edәndә onun hәr sözünә
qulaq verirdim. Yox, ağlıma nәsә pis bir şey gәlmirdi, söhbәtlәrindә
şübhәli heç nә duymadım. Amma bir cәhәt gözümdәn qaçmırdı:
hәkim gәlәndә arvadım tamam başqa adam olurdu. Üzünün
cizgilәri dәyişirdi, gözlәri parıldayırdı. Sifәti yad bir ifadә alırdı.
Bir dәfә soruşdum: “De görüm, canım, necә olur ki, o gәlәndә
sәn tamam başqalaşırsan?” Ağlınıza gәlә bilmәz ki, nә cavab
verdi. Heç nә söylәmәdi. Amma elә süni güldü ki, lap yerә
girdim. Bundan sonra hönkürüb çarpayıya atıldı vә özündәn
getdi. Bu vaxt, әlbәttә, qayınanam öz türk şalı ilә peyda olub
qızını ayıltmağa çalışdı. Qayınatam isә faytonu qoşmağı tapşırdı
vә mәni tәzә hәkimin dalınca göndәrdi. Hәkim gәlәndәn sonra
arvadımın halı qәflәtәn yaxşılaşdı. Gözlәrinә işıq gәldi. Yanaqları
qızardı...
İndi vәziyyәtimi tәsәvvür edin! Hәr dәfә hәkimin yanına
gedib, onu faytonla evimә gәtirmәliydim. Cәhәnnәm әzabı bundan
yaxşıdır. Hәkimin sifәtini görmәkdәn zәhlәm gedir! Çuğundur
kimi qırmızı, sızanaqla dolu, hәmişә dә gülümsәyir. Mәni xüsusi
tәbәssümlә qarşılayır, mehriban vә sәmimi davranır. Hәtta
deyәrdim ki, böyük hörmәt vә lütfkarlıq göstәrir. Bir dәfә
xәstәlәnәndә mәni sağaltmaq üçün o qәdәr әllәşdi ki, utanıb
xәcalәt çәkdim. Qәribәdir, mәnә diqqәti artdıqca, ona qarşı
nifrәtim böyüyür. Qoy Allah mәni bağışlasın, bu tәzә hәkimi
157