Page 154 - Sholom_Aleyhem_Макет 1
P. 154
Şolom Aleyxem
halına! Mümkün deyil! Qayınatam belә şeydәn bәrk inciyir.
Hindtoyuğu kimi özünü dartıb küsür, sәninlә danışmaq istәmir.
Canın çıxsa da, sәhәrә qәdәr oturub oyuna tamaşa etmәlisәn!
Qayınanam da ondan öyrәnib, mәni adam yerinә qoymur. Vә bir
halda ki valideynlәr kürәkәnlә belә rәftar edir, onların yeganә
әziz balası da burnunu qaldırır. Kişinin gül balası özü barәdә çox
yüksәk fikirdәdir. Bәs necә? Valideynlәrinin “göz bәbәyi”dir,
azacıq kefsizlәşәn kimi dәrhal doktor gәlir, hamı bir-birinә dәyir.
Qayınata düşünür ki, sanki bütün dünya ancaq ondan ötrü
yaradılıb, öz aramızda, gic olmasa da, ağıldan o qәdәr dә iti
deyil. Yox, danışanda ağılsız olduğu nәzәrә çarpmır, әksinә,
adama elә gәlir ki, hәddindәn artıq zәkalıdır. Әgәr özünü şıltaq
keçi kimi qudurğan vә hәyasız aparırsa, ağılın nә әhәmiyyәti?
Arvadım bütün günü ya gülür, ya da ağlayır. Uşaq kimi
zırıldayır. Bәzәn soruşuram: “Niyә ağlayırsan? Nәyin çatmır?”
Daşdan sәs çıxır, ondan yox. Bu, hәlә harasıdır? Arvadım ağla -
mağa başladısa, üzünü görmә. Bütün günahlar qayınanadadır.
Qızı nın hönkürtüsünü eşidәn kimi dәrhal peyda olur. Çiynindә
dә türk şalı. Әllәrini ovuşdurub dua ahәngi ilә nәsә deyir. Sәsi
kişilәrinki kimi kobuddur. Qızından soruşur: “Sәnә nә olub? Hә,
yenә sәnin o quldur, soyğunçu, qatil әrin cızığından çıxıb?! Belә
dә dәrd olar?! Bu axmaq sәnin qәdrini hardan bilsin? Axırına
çıxacaq!” Ağzına gәlәni danışır. Vә mәnә elә gәlir ki, bu ifritә
heç vaxt susmayacaq. O qәdәr çәrәnlәyir ki, halım xarab olur,
ürәyim sıxılır. Hәrdәn onun türk şalını qapıb ayağımın altına
salmaq, tapdalamaq, qayçı ilә xırda-xırda doğramaq istәyirәm.
Bәlkә, hirsim soyudu. Amma dәrindәn fikirlәşsәn, şalın nә
günahı? Adi şaldır, Brodidәn gәtiriblәr. Yәqin, dükanlarda satılan
belә türk şallarını görmüsünüz? Xal-xal, dama-dama, saçaqları
da var.
Söhbәtin bu yerindә qonağın sözünü kәsib ciddi tәrzdә
deyirәm:
– Üzr istәyirәm, axı mәnimlә nәsә iş barәdә mәslәhәtlәşmәk
istәyirdiniz?
Qonaq köks ötürür.
154