Page 158 - Sholom_Aleyhem_Макет 1
P. 158
Şolom Aleyxem
görәn gözüm yoxdur! Xüsusәn bizim evә gәlәndә, onunla üzbәüz
oturanda. Yaxasından yapışıb küçәyә atmaq istәyirәm. Onsuz da,
hәr şeyә son qoymaq qәrarına gәlmişәm. Hәkimin bizә gәlib
arvadımın yanında oturmasına, baxışlarına vә tәbәssümünә dözә
bilmirәm. Sizdәn soruşuram, bu biabırçılığın axırı necә olacaq?
Axı qәsәbәdә sözgәzdirәnlәr vә dedi-qodu hәvәskarları neçә
vaxtdır şәxsi hәyatımın müzakirәsi ilә mәşğuldurlar. Yox, qәti
qәrara gәlmişәm: boşanıram! Başqa çıxış yolum yoxdur. Amma
bu qәrarımla әlaqәdar belә bir fikir doğur: ayrılsam, xeyrim nә
olacaq? Axı qayınatam dövlәtlidir, hәr şey mәnә miras qalacaq.
Düşünürәm: “Rәdd olsunlar, boşanacağam, başqa yol yoxdur!”
Bәs siz nә düşünürsünüz?
Hәmsöhbәtim nәfәsini dәrdi, üzünün tәrini silib yazıq-yazıq
mәnә baxdı, cavab gözlәdi. Onu çox intizarda saxlamadım:
– Mәncә, başqa çıxış yolunuz yoxdur. Hәm dә arvadınızla
münasibәtinizi alovlu sevgi hesab etmәk olmaz. Uşağınız da
yoxdur. Onsuz da, dedi-qoduların qarşısını ala bilmәyәcәksiniz.
Açığı, mәn dә başqa bir yol görmürәm...
Mәn danışanda hәmsöhbәtim qara gözlәrini yazıq-yazıq bir
nöqtәyә zillәmişdi, oyuncaq velosipedin tәkәrlәrini qeyri-ixtiyari,
hirslә fırladırdı. Sonra bir az da yaxın oturub dәrindәn nәfәs aldı,
yenidәn sözә başladı:
– Sevgidәn bәhs edirsiniz. Vallah, heç bilmirәm nә deyim?
Onu sevmәdiyimi söylәsәm, haqqı tapdalamış olaram. Üzr
istәyirәm, axı nәyә görә sevmәyim? Arvadımdır, sevirәm. Hәtta
çox... Dedi-qoduya gәldikdә, qoy әllәrindәn gәlәni beş qaba
çәksinlәr! Yox, mәni yandıran bu deyil. Ürәyimi dağlayan odur
ki, arvadım bu hәkimi görәndә sevincindәn qanad çalıb uçmaq
istәyir. Özümә sual verirәm: bәs mәni görәndә niyә yanaqları
qızarmır, sevincdәn pәrvazlanmır? Hәkimdәn nәyim әskikdir?
Bәlkә, sәbәb peşә ilә bağlıdır: o, hәkim, mәn yox? Vaxtında
oxusaydım, bәlkә, yaxşı hәkim olardım. Vә xәstәlәri heç dә pis
müalicә etmәzdim. İnanın, onu tәkcә hәkimlikdә yox, hәr işdә
qatlayıb cibimә qoyardım! Mәhz buna görә boşanmaqla bağlı
qәrar vermәkdә tәrәddüd edirәm. Sәbәbini anlaya bilmirәm.
158