Page 161 - Sholom_Aleyhem_Макет 1
P. 161

Məsləhət

             – Hә… bu halda, ayrılmalısınız…
             – Nә qazanacağam? – qonaq bağırır. – Hә, tutalım, ayrıldım,
          onda indiki ağır zәmanәdә necә dolanacağam? Özünüzü bicliyә
          vurmayın, mәnә ağıllı cavab lazımdır!
             – Mәncә, – deyirәm, – sizә ayrılmaq lazım deyil…
             – Ayrılmayım, bәs hәkim necә olsun? Nә qәdәr ki...
             Söhbәtimizә nöqtә qoymaq istәyirәm vә qәtiyyәtlә deyirәm:
             – Ayrılmalısınız!
             – Ayrılmalıyam? Bәs bunun mәnә nә xeyri olacaq?
             – Hә, onda ayrılmayın!
             – Bәs hәkim?
             Cin vurdu tәpәmә, gözlәrim qaraldı. Әsәblәrim yerindәn
          oynadı, oğlanın boğazından yapışıb divara dirәdim vә dәli kimi
          bağırdım:
             – Ayrılmaq! Ayrıl ondan, itin balası! Ayrıl, ayrıl! Ayrıl!!!
             Sәsimizә evdәkilәr tökülüşüb gәldi. “Niyә bağırırsan? Burda
          nә baş verir?”
             –Yox, narahat olmayın, hәr şey qaydasındadır...
             Güzgüyә baxanda solğun sifәtimi tanıya bilmәdim.
             Qonağımla әl tutub üzr istәdim, rica etdim ki, aramızda baş
          verәnlәri unutsun:
             – Bәzәn insan hisslәrini cilovlaya bilmir, mәlum olmayan
          sәbәbdәn, necә deyәrlәr, özündәn çıxır...
             Qonaq özünü itirmişdi, utanırdı vә hәr sözümlә razılaşırdı.
          Etiraf etdi ki, hәqiqәtәn dә, insan bәzәn özünü әlә ala bilmir,
          әsәblәri gәrilir…
             Sonra qonaq hörmәt vә nәzakәtlә baş әydi, gedәndә üzrxahlıq
          elәdi:
             – Qızıl kimi vaxtınızı aldığım üçün üzr istәyirәm. Mәslәhәtә
          görә çox sağ olun. Salamat qalın!
             – Yaxşı yol! Tәşәkkür etmәyә dәymәz.










                                                              161
   156   157   158   159   160   161   162   163   164   165   166