Page 156 - Sholom_Aleyhem_Макет 1
P. 156

Şolom Aleyxem

            sirri varsa, dәrzi onu bütün qәsәbәyә yayır. Sözün qısası: hәkimin
            әlinә vә dәrzi atanın dilinә düşәn qadın bәdbәxt olur. Bizdә bir
            qız vardı...
                Yenә hәmsöhbәtimin sözünü kәsirәm:
                – Üzr istәyirәm, cavan oğlan, axı öz işiniz barәdә danışmaq
            istәyirdiniz?
                – Hә, bağışlayın, – deyir, – hiss edirәm ki, vaxtınızı alıram!
            Amma nә edim? Axı bu müdhiş dahi hәkim barәdә sizә söhbәt
            açmalıyam! Açığı, әgәr bu hәkim olmasaydı, hәyatım öz mәcrasında
            gedirdi. Özünüz düşünün: nәyim çatmır? Hәlәlik, uşağımız
            yoxdur. Arvadım gözәl, ağıllı, valideynlәrinin yeganә övladıdır.
            Onlar ölәndәn, yәni yüz iyirmi ildәn sonra bütün var-dövlәti
            mәnә keçәcәk. Elә indinin özündә dә, tfu-tfu, göz dәymәsin,
            mәni hәmişә yuxarı başda oturdurlar. Bayramlarda, dua mәrasimindә
            hәmişә qayınatamın arxasınca birinci mәn gedirәm. Әlbәttә,
            birinci olmasa da, kantor vә ravvindәn sonra. Digәrlәri mәndәn
            arxada gedir! Üzr istәyirәm, hәtta hamamda da hörmәtimi
            saxlayırlar. Soyunmağa başlayan kimi hamamçı ucadan deyir:
            “Camaat, çәkilin! Qapıdan uzaqlaşın! İndi bizim varlının kürәkәni
            çimmәyә gәlir!” Hamamçının bu sözlәri xoşuma gәlmir, çünki
            diqqәt mәrkәzindә olmağı sevmirәm.  Ancaq “sevmirәm” nә
            demәkdir? Yaltaqlığı hamı sevir, tәrif eşitmәkdәn kimsә imtina
            etmir. Bilirәm, tәrifәlayiq deyilәm. Düzdür, qayınatam dövlәtlidir.
            Qoy adamlar ona yaltaqlansınlar, heyvan kimi sürtüşsünlәr. Ancaq
            bunların mәnә nә dәxli? Hәm dә qayınatam kimdir axı? Bax indi
            mәni eşitmir, ona görә dә sizә deyә bilәrәm: cahilin biri! Dünyadan
            xәbәrsiz! Arvadım da ailәnin yeganә qızıdır. Yanından yel ötәn
            kimi yatağa düşüb gözünün qorasını sıxır. Bu vaxt, dediyim
            kimi, qayınatam tәzә hәkimin dalınca fayton göndәrir, lәnәtә
            gәlsin! Bu hәkim yadıma düşәndә, inanın, dәli oluram. İstәyirәm,
            bıçağı qapıb ürәyimә sancım, ya da özümü çaya atım!
                Cavan oğlanı kәdәr bürüdü, fikrә daldı.
                Bu vaxt әn incә mәsәlәni öyrәnmәk üçün qonaqdan soruşdum:
                – Demәli, şübhәlәnirsiniz ki, arvadınız...
                Elә bil başına qaynar su tökdülәr, yerindәn sıçradı:




             156
   151   152   153   154   155   156   157   158   159   160   161