Page 160 - Sholom_Aleyhem_Макет 1
P. 160

Şolom Aleyxem

            gәlirәm. Tәbii ki, soruşursunuz: “Cavan oğlan, hansı sәbәbә görә
            arvadından ayrılmaq istәyirsәn?” Ravvinә nә cavab verim? Bәlkә,
            belә demәliyәm: “Hәkimdәn gözünü çәkmir, elә hәkim dә ona
            biganә deyil”. Sizcә, bu cavab inandırıcı görünәcәk? Bu sәbәbdәn
            ayrılsam, adam arasına necә çıxacağam? Deyәcәklәr, dәli olub:
            gül kimi arvadından ayrılıb, halbuki yüz iyirmi ildәn sonra bütün
            mirasa sahib olacaqdı. Hә, yәqin, siz dә deyәcәksiniz: bәli, dәli
            olmusan, ağlın başından çıxıb. Hә? Düz demirәm?
                – Haqlısınız, mәn dә belә deyәrdim: dәlisiniz, ağlınız çaşıb!
                Bu dәfә hәmsöhbәtim o qәdәr yaxın oturdu ki, ayaqlarımız
            bir-birinә toxundu. Qonaq oyuncaq velosipedi kәnara qoyub
            mürәkkәbqabıya әl atdı. Dәrindәn nәfәs alıb tәlәsik danışmağa
            başladı:
                – “Dәli olmusan!” demәk asandır! Bilmәk istәrdim, başınıza
            belә bir hadisә gәlsәydi, nә edәrdiniz?! Mәsәlәn, qayınatanız
            cahil, qayınananız isә türk şalına bürünüb gәzәn, kobud sәsli,
            deyingәn ifritәdirsә, arvadınız da gecә-gündüz hәkimin yanından
            çıxmırsa, bütün şәhәr sizi barmaqla göstәrib deyәcәk: “Buynuzu
            çıxmış әr”. İnanın, hörmәtli cәnab, başınıza belә bir iş gәlsәydi,
            dabanınıza tüpürüb arxaya baxmadan qaçardınız! Hә? Necә? Elә
            deyil?
                Qonağıma deyirәm:
                – Razıyam! Yәqin, mәn dә gecәnin bir alәmindә yatağımdan
            dik atılıb, baş götürüb qaçardım!
                Qonaq әsәblәrini cilovlaya bilmir:
                – Sizә asan gәlir: yataqdan dik atılmaq vә baş götürüb
            qaçmaq! Kim qaçır? Hara qaçır? Qәbirә? Tәsәvvür edin: axı o,
            yeganә qızlarıdır. Yüz iyirmi ildәn sonra hәr şey mәnim olacaq!
            Bәs bunu nәzәrә almırsınız? Sizcә, bu, heç nәdir? Daha doğrusu,
            özünüzdәn soruşun: mәnim ona qarşı nә iddiam var? Yox, cavab
            verin, nә iddiam var, hә?
                – Doğrudan da, – qonaqdan soruşuram, – ona qarşı nә iddianız
            var?
                – Necә yәni, nә iddia? – cavab verir. – Bәs hәkim? Onu unut-
            musunuz?! Nә qәdәr ki hәkim evimizә gәlir, arvadımın sifәtini
            görmәk istәmirәm.




             160
   155   156   157   158   159   160   161   162   163   164   165