Page 159 - Sholom_Aleyhem_Макет 1
P. 159

Məsləhət
             Nikahı nәyә görә pozmalıyam? Әgәr sabah bu hәkim yox,
          bir başqası peyda olsa, onda necә? Kim zәmanәt verir ki, arvadım
          hәmin hәkimlә dә münasibәt qurmayacaq? Bu, birincisi. İkincisi,
          sizdәn soruşuram, ayrılsam, nә qazanacağam? Axı yetimәm, qo-
          hum-әqrәbam, dost-tanışım yoxdur. “Boşan!” demәk asandır.
          Hә, tutaq ki, ayrıldım, sonra? Hәyatımı yenidәn qurub kiminlәsә
          evlәnmәliyәm? Haradan bilim ki, indikindәn yaxşısını tapacağam.
          Birdәn bәxtim gәtirmәdi, bundan da pisi rast gәldi mәnә, onda
          başıma haranın külünü töküm? Artıq hәyatın hәr üzünü görmüşәm,
          dәrdin nә olduğunu dadmışam. Hәr şey olduğu kimi qalsa,
          demәli, hәyatımla alver etmәyә mәcburam. Axı hәyat oyundur,
          lotereyadır. Hә? Düz demirәm? Sizcә, lotereya deyil?
             Qonağa cavab verdim:
             – Bәli, mürәkkәb oyundur, lotereyadır. Әgәr mәsәlәyә belә
          yanaşsaq, yaxşısı budur, ayrılmayın, barışığa gәlin...
             Mәslәhәtim özümün dә xoşuma gәldi. Bir anlığa mәnә elә
          göründü ki, qonaq söhbәti bitirdi.  Amma yanılmışdım!  Yenә
          oyuncaq velosipedin tәkәrlәrini hirslә fırladıb danışmağa başladı:
             – Deyirsiniz barışım? Bәs sifәtini sızanaq basmış hәkim necә
          olsun? Lәnәtә gәlsin onu! Bәs atası – çәpgöz dәrzi? Axı bu dәrzi
          bütün qәsәbәni dolaşıb şayiә yayır ki, guya qayınatamın qızı
          mәndәn ayrılmağa hazırlaşır! Siz bu dәrzinin alçaqlığına bir
          baxın! Orda-burda ağzına gәlәni çәrәnlәyir! İndi bütün qәsәbә
          bizim ailәdәn danışır. Digәr tәrәfdәn, özümdәn soruşuram: ailә
          münasibәtlәrimizi bütün qәsәbә bilirsә, bu halda, nә itirirәm?
          Әgәr dәrzi ağzını Allah yoluna qoyubsa, heç nә! Madam bütün
          qәsәbә bizim boşanmağımızdan danışır, onda başqa qәrara gәlmәk
          nә dәrәcәdә düzgündür? Yox, tәәssüf, ayrılmaqdan başqa çıxış
          yolum yoxdur. Hә? Elә deyil? Bәs siz necә düşünürsünüz?
             Qonağıma deyirәm:
             – Görünür, haqlısınız. Madam bütün qәsәbә danışır, demәli,
          başqa qәrar qәbul etsәniz, gülünc vәziyyәtә düşә bilәrsiniz.
             Stulunu bir az da yaxına çәkәn qonaq, az qala, bağırır:
             – Aha! Demәli, sizcә, mütlәq ayrılmalıyam, hә? Yox, hörmәtli
          cәnab, cavab vermәzdәn әvvәl yaxşı-yaxşı düşünün! Tutaq ki,
          siz ravvinsiniz vә mәn boşanmaq üçün arvadımla yanınıza


                                                              159
   154   155   156   157   158   159   160   161   162   163   164