Page 163 - Sholom_Aleyhem_Макет 1
P. 163
Al, dadına bax
tәsdiq edir, amma bu azardan necә yaxa qurtarmaq olar? Hә…
bu, müşkül mәsәlәdir! Yazıq hәkimlәr әllәşir, hәr yerimi yoxlayır,
әllәrini bәdәnimin bütün nöqtәlәrindә gәzdirirlәr. Mәsәlәn, qoca
professor Stritselin yanına gәlirәm – sizә deyim ki, çox tәcrübәli
hәkimdir, mәnә “Kadeini Saxari pulveri” dәrmanı yazır. Çox
baha deyil, şirin dadı var. Başqa professorun yanına gәlirәm,
“Tinktura opiy” yazır, damcıdır, zәhәr kimidir. Üçüncü professor
da damcı yazır, bu da murdar bir şeydir, amma adı “Tinktura
opiy” yox, “Tinktura tebiaka”dır. Elә bilirsiniz, bununla qurtarır?
Xeyr, öz professorumun yanına yollanıram. Acı bir dәrman yazır,
“Morfium akva amiqdalarium” adlanır. Tәәccüblәnirsiniz ki,
latınca hardan bilirәm? Siz ingiliscә bildiyiniz kimi, mәn dә
latını öyrәnmişәm. Adam tәngnәfәs olanda, öskürәndә, vәrәmә
tutulanda istәr-istәmәz latını öyrәnir.
Belәliklә, Yequpetsә konsiliuma gәlirәm. Mәnim kimi birisi
harda qalmalıdır? Әlbәttә, nә mehmanxanada, nә dә hoteldә!
Birincisi, adamın dәrisini soyurlar, ikincisi, şәhәrdә yaşamaq
hüququm olmadığı halda, hotelә necә gedә bilәrәm? Adәtәn,
qaynımın evindә gecәlәyirәm. Qaynım şәhәrdә yaşayır, bәdbәxtin
biridir, uğursuz adamdır, dünyanı gәzsәn, belә yoxsul tapmazsan!
Ev uşaqla dolu! Allah, sәn özün kömәk ol! Amma onun şәhәrdә
yaşamaq hüququ, daşdan keçәn sәnәdi var! Hardan әldә edib?
Mәsәlә Brodski ilә bağlıdır. Qaynım Brodskinin yanında çalışır.
Yox, yox, Allah elәmәmiş, zavod direktoru deyil. Brodskinin
sinaqoqunun zirzәmisindә, dәrzilәrin dua otağında Tövratın
qiraәtçisidir. Belә çıxır ki, “dini şәxs”dir, necә deyәrlәr,
“mәrasimçi”dir. Hә, madam ki, “mәrasimçi”dir, demәli, bir
vaxtlar polis idarәsinin yerlәşdiyi Malo-Vasilkovskaya küçәsindә
yaşamağa ixtiyarı var. Zavallı qaynım çörәk vә su ilә dolanır.
Bütün ümidi mәnәdir. Qohumların arasında varlı sayılıram.
Yequpetsә gәlib onlarda qalıram, nahar vә şam yemәyi mәnim
boynumadır. Tapşırıram ki, gedib әrzaq alsınlar – onlara bazarlıqdan
bir-iki rubl qalır. Görüm Purişkeviç bu günә düşsün!
Bu dәfә gördüm qohumlarım qәmә batıb, başlarını itiriblәr.
“Nә olub?” “Vәziyyәt pisdir!” “Axı nә olub?” “Axtarış aparılır!”
163