Page 166 - Sholom_Aleyhem_Макет 1
P. 166

Şolom Aleyxem

                Sonrasını da danışım? Konsiliumdan bәhs etmәk mәnasızdır.
            Qaynımı zindandan qurtarmaq lazımdır, bu vurhavurda konsilium
            yada düşәr? Nәdәn xilas etmәk?  Yatabdan?  Allah elәmәsin!
            Amma bütün sәylәr nәticәsiz qaldı. O, yatabla quzu kimi gedirdi.
            Görüm bu gediş Purişkeviçә qismәt olsun! Zavallı qaynımın
            Konelaya gәlişini çox gözlәdik, gözümüz yoldan çәkilmirdi.
            Yatabla gәlәndәn sonra başına yeni bәla gәldi: özgә pasportu,
            özgә soyadı! Daha heç nә soruşmayın! Çox әllәşmәli oldum.
            Mәsәlәni yoluna qoymaq mәnә elә bir mәblәğә başa gәldi ki, bu
            qәdәr pulu heç üç aya da qazanmaq mümkün deyil. Bundan
            başqa, indiyә kimi arvad-uşağına mәn baxıram. Çığır-bağır salır
            ki, evini mәn yıxmışam, onu bәdbәxt elәmişәm! Mәnim ucbatımdan
            şәhәrdә yaşamaq hüququnu vә Brodskinin yanındakı işini itirib!
            Bәlkә dә, haqlıdır. Әn әsası isә, ha-ha-ha, bu deyil. Әsas mәsәlә
            qurduğum kombinasiyadır! Başa düşürsünüz? Bunun nә demәk
            olduğunu anlayırsınız? Tәngnәfәslik, öskürәk, hәlә üstәlik, vәrәm –
            hamısı Purişkeviçә qismәt olsun! Özümün şәhәrdә yaşamaq
            hüququm yoxdur, amma qaynımın pasportu ilә Yequpetsә gedib-
            gәlirәm, Malo-Vasilkovskayada, keçmiş polis idarәsinin yaxınlığında
            qalıram! Qurduğum oyundan yerlә göy qәdәr razıyam! Kef
            edirәm!


























             166
   161   162   163   164   165   166   167   168   169   170   171