Page 171 - Sholom_Aleyhem_Макет 1
P. 171
Kodnyanın ən xoşbəxti
Bircә bu cücәni yağda qızartmaq mәsәlәsi olmayaydı! Düşünmәyin
ki, onları qınayıram. Әksinә, bu adamlara qarşı heç bir nifrәtim
yoxdur. Bәli, onlar mәni bir qazan borşa dәyişmәzlәr. Axı reb
Alter (adım belәdir, Alter çağırırlar) onların gözündә böyük
şәxsiyyәtdir. Şәhәrdә ehtiyac yaranan kimi dәrhal reb Alterin
ardınca adam göndәrirlәr: mәsәlәn, Yeni il münasibәtilә tәqvim
vә ya Pasxa üçün matsa lazım olanda, yaxud Kuşa bayramından
ötrü pişpişә vә yәhudilәrә lazım olan bu cür şeylәrdәn ötrü mәni
çağırırlar. Vә arvadımın dükanında (arvadım dükan saxlayır)
çoxlu pul xәrclәyib duz, bibәr, kibrit, başqa әrzaqlar alırlar.
Dediklәrim bilavasitә mülkәdarlara aiddir! Onların övladlarının
әksәriyyәti tәlәbәdir, oğlumla canbir qәlbdirlәr. Yayda, Peterburqdan
qayıdan kimi oğlumla mәşğul olur, günlәrlә kitab oxuyurlar.
“Mәnimki” isә, sizә deyim, kitabdan ötrü canını verәr, heç “uf”
da demәz! Amma mәnә elә gәlir ki, onu bu hala salan kitabdır.
Bütün bәdbәxtlik kitabdan başladı... Tutalım, arvadım deyir ki,
onun bu xәstәliyi çağırışla bağlıdır. Әşi, çağırışın bura nә dәxli?
Çağırış mәsәlәsini çoxdan unutmuşuq. Hә, yaxşı, nәdәn olursa-
olsun, kitabdan, ya çağırışdan – oğlum xәstәdir, gündәn-günә
solur, iraq sizdәn, yazıq şam kimi әriyir. Ah, kaş Allahın rәhmi
gәlәydi!
Hәmsöhbәtimin siması bir anlığa tutuldu, amma bu vәziyyәt
heç bir dәqiqә dә sürmәdi. Tezliklә gözlәri parıldadı, çöhrәsi
işıqlandı, sifәtinә nur qondu, dodaqları qaçdı. Budur, yenidәn
danışmağa başlayır:
– Hә, harda qaldıq? Bәli! Fikirlәşdim ki, Kaşevarovkaya,
İtsyuk Borodenkoya, o dövlәtliyә bir baş çәkim. Aydındır ki,
yola elә-belә yox, necә deyәrlәr, boş әllә çıxmadım. Başa
düşürsünüz, mәktub apardım, әsl mәktub! Bizim ravvin yazmışdı
(Kodnya ravvini bütün dünyada mәşhurdur). Tәsirli mәktubdur!
“Böyük Allah evinizә bol bәrәkәt nәsib etsin! Sizin professor
çağırmaq imkanınız olduğuna görә vә bizim reb Alterin, Allah
uzaq elәsin, oğlu ölüm yatağında çapaladığı üçün, qәlbinizdә
rәhm qığılcımı oyanarsa, qayğı göstәrib bu qardaşımızın dәrdinә
şәrik ola bilәrsiniz! Bәlkә, professoru razı sala bilәrsiniz ki, geri
171