Page 176 - Sholom_Aleyhem_Макет 1
P. 176

Şolom Aleyxem

            yerini dә göstәrә bilәrәm – Poltava quberniyasındadır. İstәdim,
            digәr dövlәt ravvinlәrindәn daha üstün olduğumu sübut edim vә
            qәrara gәldim: “Rәdd olsun mәmurluq!” İctimai işlәr, icmanın
            qayğıları, yoxsul ailәlәrdәn olan uşaqların tәhsil aldığı mәktәblәr,
            әhaliyә ssuda verilmәsi, arbitraj işlәri ilә mәşğul olmağa başladım,
            qapıma gәlәnlәrә dәyәrli mәslәhәtlәr verdim.
                Mәişәt zәminindә baş verәn münaqişәlәri yoluna qoymaq,
            adamları yola gәtirmәk mәnә atamdan vә babamdan keçib...
            Rәhmәtliklәr mәslәhәtә gәlmiş adamın başını dәng elәyir vә
            bundan zövq alırdılar.
                Yer üzündә yaşayan insanlar müxtәlifdir. Elәsi var ki, dәridәn-
            qabıqdan çıxsan da, aldada bilmәzsәn, imkan vermәz. Әksinә,
            adam da var boynuna min, cınqırını çıxarmaz! Gәrәk belәsinә
            qarış-qarış yaxınlaşasan: әvvәlcә qucağında oturursan, dinmәdiyini
            görәndә başına minirsәn...
                Bax mәn belә dövlәt ravvinlәrindәn idim. İşimi ürәkdәn se-
            virdim, xeyirxah әmәllәrimlә öyünürdüm, çoxlu vәtәnpәrvәrlәr,
            qızğın pәrәstişkarlarım vardı, çәkinmәdәn hәr gün yanıma gәlir,
            istәdiklәri vaxt qapımı döyürdülәr, bәzәn gecә yarıdan keçәnә
            qәdәr söhbәtlәşirdik. Sәxavәtimi әsirgәmirdim – onlar da heç
            vaxt bir stәkan çaydan, papirosdan imtina etmirdilәr, qәzet vә
            kitablardan әtraflı danışıb fikir mübadilәsi aparırdıq... Bir sözlә,
            daim әn yaxın adamlarımın әhatәsindә olurdum!..
                Bir dәfә qәfildәn qapı açılır vә cәmiyyәtin әn hörmәtli,
            sayılıb-seçilәn dörd mәşhur taciri, şәhәrin, demәk olar ki, әn
            varlı adamları tәşrif buyurur. “Sabahınız xeyir, ravvin!” Üçünü
            çox yaxşı tanıyıram, adamlar onları “üçlük” adlandırırlar, çünki
            daim nisyә alver edir, hәmişә mübahisәyә girişir, bir-birindәn
            şübhәlәnir, biri digәrinin paxıllığını çәkir.  Amma bir prinsipi
            rәhbәr tutub yollarını ayırmırlar: “Müştәrәk iş qazanc gәtirirsә,
            nә üçün bәhrәlәnmәyim? Әgәr quyunun dibinә düşsәm, sәni dә
            dartıb özümlә aparacağam!..”
                Görün qadir Allah nә fikirlәşibsә, bu üç nәfәrә dördüncüsünü
            dә qoşub. Şәrikliklәri tәxminәn bir ilә yaxın davam edib, sonra
            aralarında narazılıq başlayıb. “Allah oğurluğu, fırıldağı vә




             176
   171   172   173   174   175   176   177   178   179   180   181