Page 181 - Sholom_Aleyhem_Макет 1
P. 181

Sözbəsöz
          qazanarsınız, hәm dә doyunca yeyәrsiniz”. “Ağlınız başınızdadır? –
          әsәbilәşir. – Nә danışdığınızı bilirsiniz? İndicә qatar yola düşәcәk,
          özü dә şәnbә әrәfәsi, mәn mühüm işlә bağlı gedirәm...” “Axı
          burada çәtin nә var? – deyirәm. – Sonrakı qatarla gedәrsiniz.
          Rәhmәt qazanarsınız, üstәlik,  Allaha xoş gәlәn yemәklәrin –
          әriştәli tәzә bulyonun dadına baxarsınız – Allah hamıya belә
          müqәddәs yemәklәr qismәt etsin...”
             Nә isә, çox uzatmayım, nәhayәt, onu razı sala bildim. Yәqin,
          qovurma ilә әriştәli bulyon öz işini görmüşdü... Sәrnişin dodaqlarını
          yalayırdı. Dәrhal çamadanı әlindәn aldım vә ikimiz dә evә
          yollandıq... Sünnәt mәrasimi әla keçdi,  Allah hamıya qismәt
          elәsin!
             Qovurmanın qoxusu adamı bihuş edirdi, çünki sarımsaq
          qatılmışdı. Belә lәziz qovurma, üstәlik, tәzә piroq, duzlu xiyar,
          bir şüşә pivә, yemәkdәn әvvәl bir az konyak, yemәkdәn sonra
          bir stәkan albalı arağı – mәgәr bu nemәtlәrdәn imtina etmәk
          olar? Qonaq yeyib-içdikcә alnını tәr basırdı! Bir vaxt ayıldıq ki,
          gün keçib.  Aman  Allah! Qonaq ayağa qalxıb çamadanından
          yapışdı. “Hara tәlәsirsiniz? – soruşuram. –  Allah kömәyiniz
          olsun!.. Birincisi, şәnbә әrәfәsindә sizi buradan buraxan kimdir?
          İkincisi, – deyirәm, – mәncә, elә adamlardan deyilsiz ki, şәnbә
          istirahәtini pozasınız. Şәnbәni yolda keçirmәkdәnsә, bizdә qalın”.
          Dәrindәn ah çәkir: “Rәhm edin, mәni niyә yoldan saxladınız?
          Sizә nә pisliyim keçib? Nә üçün bunu әvvәlcәdәn demәdiniz?”
          Bir sözlә, mәni qınayır. Cavab verirәm: “Birincisi, şәnbәnin
          gәlişi barәdә sizi xәbәrdar etmәk mәnim vәzifәm deyil, çünki
          bunu özünüz dә bilirsiniz, ikincisi, bәlkә, taleyinizә yazılıb ki,
          bayramı mәhz bizdә keçirәsiniz vә arvadımın bişirdiyi balığın
          dadına baxasınız... Sizi inandırıram, arvadımın bişirdiyi balığı
          heç yuxuda da görmәmisiniz...”
             Artıq bilirdim ki, bu adamı necә yola gәtirmәk olar. Hәqiqәtәn,
          axşam duasını oxuyub şәnbәnin gәlişinә xeyir-dua verdik, adama
          bir qәdәh içdik, arvadım balığı masanın üstünә qoydu. Qonağın
          burun pәrәlәri genişlәndi, gözlәri parıldadı vә uzun pәhrizdәn
          sonra yemәk görәn adam kimi balığın üstünә cumdu, tәriflәyib



                                                              181
   176   177   178   179   180   181   182   183   184   185   186