Page 180 - Sholom_Aleyhem_Макет 1
P. 180

Şolom Aleyxem
                Demәk belә! Mәlum mәsәlәdir ki, körpәyә sünnәt mәrasimi
            tәşkil olunmalıdır. Hәlәlik iş-gücü atıb, nә gәrәkdirsә almaq,
            sünnәt ustası vә sinaqoq xidmәtçisini dәvәt etmәk lazımdır...
            Mәnim hesabıma görә, sünnәt ustasını vә sinaqoq xidmәtçisini
            dә nәzәrә alsaq, mәrasim üçün lazımi sayda yәhudi toplaşacaq,
            hәlә artıq da qalacaq. Deyir, sәn saydığını say... Bu mәqamda
            kәnd sakinlәrindәn biri ağır xәstәlәnir, vәziyyәti ağır olduğundan
            mәrasimә qatıla bilmir. Digәr yәhudi isә kimsәyә bir söz
            söylәmәdәn valideynlәrinin vәfatının ildönümü münasibәtilә
            tәcili şәhәrә gedir... Nә başınızı ağrıdım, sünnәt mәrasimini
            keçirmәk üçün yәhudilәrin sayı kifayәt etmir! Bu tәrәfdәn dә,
            şәnbә әrәfәsidir (görürsüz dә, arvadımın cümә günü oğlan
            doğmaqdan xoşu gәlib), hәrәnin bir işi-gücü... Sinaqoq xidmәtçisi
            göz yaşı töküb şikayәtlәnir: “Bizi bu qәdәr uzaq yerә niyә
            gәtirmisiniz?..” Bәli, bәdbәxtlik mәni basıb! Birdәn ağlıma bir
            ideya gәldi, dәrhal vağzala qaçdım: bәlkә, bir Allah bәndәsinә
            rast gәldim, vağzaldır da, adamlar gedib-gәlir...
                Tәsәvvür edin, vağzal qәlәbәlikdir – kuryer qatarı indicә
            gәlib, bir neçә dәqiqәdәn sonra yola düşәcәk... Görürәm ki, boy-
            buxunlu bir adam, qarnı da çıxıb, әlindә bahalı çamadan, istidәn
            pörtüb birbaş bufetә yollanır!.. Ayaqüstü qәlyanaltı etmәk istәyir.
            Amma bir yәhudi vağzalın haram mallar satılan bufetindә nә
            tapa bilәr?.. Gözlәri yumurta axtarır, o da qәhәtә çıxıb! Adamın
            yazığı gәlir!
                Qolundan yapışıb deyirәm: “Dayıcan, yemәk istәyirsiniz?”
            Sәrnişin gözlәnilmәz tәklifdәn diksinir: “Sizә kim dedi ki, yemәk
            istәyirәm?” “Hörmәtli... Allah sizә yüz il ömür versin... Tanrı
            özü sizi göndәrib!..” Zavallı gözlәrini döyüb mәnә baxır, heç nә
            anlamır. “Rәhmәt qazanıb, üstәlik, qovurma yemәk istәyirsiniz?
            Özü dә necә qovurma! Adamın ağzında әriyir, indicә tәndirdәn
            çıxmış isti çörәklә!” Bәrәlmiş gözlәri ilә mәnә elә baxır ki, sanki
            dәliyәm: “Kimsiniz, mәndәn nә istәyirsiz?” Başıma gәlәnlәri
            danışıram: “Oğlum olub. Hәr şey var – sünnәt ustası, sinaqoq
            xidmәtçisi, yaxşı yemәk. Amma sünnәt mәrasimi üçün onuncu
            yәhudi çatışmır” “Bunun mәnә nә dәxli?” – sәrnişin soruşur.
            “Belә dәxli var ki... Xahiş edirәm, onuncu olun, hәm rәhmәt


             180
   175   176   177   178   179   180   181   182   183   184   185