Page 185 - Sholom_Aleyhem_Макет 1
P. 185

Sözbəsöz
         deyirәm: “Bilirsiniz nә var, möhtәrәm dayı, nә üçün bağırırsınız?
         Hәr şeyi niyә ürәyinizә salırsınız? Yaxşısı budur, gedәk qәsәbәyә,
         yaxındır, orada dünyagörmüş adamlar var, ravvin dә oradadır...
         Gәlin ravvindәn soruşaq, necә desә, elә dә olsun”. Qonaq bunu
         eşidib bir az yumşaldı... Nә isә, söhbәti uzatmağa ehtiyac yoxdur,
         bir araba tutub qәsәbәyә, birbaş ravvinin yanına yollandıq.
             Biz gәlәndә ravvin duanı yenicә bitirmişdi. “Salam!” “Salam!
         Xeyir ola?” Bu vaxt qonaq irәli çıxıb әhvalatı әvvәldәn-axıradәk
         hәyәcanla danışmağa başladı: bizim stansiyadan tәsadüfәn
         keçirmiş, vağzalda yemәyә bir şey axtarırmış, ağlına da gәlmirmiş
         ki, sünnәt mәrasimindә qonaq olacaq. “Birdәn bu adam (mәni
         göstәrir) yaxınlaşır, ağlamsınaraq yalvarır ki, oğlunun sünnәt
         mәrasimindә onuncu yәhudi olum, çünki Allah belә buyurub”.
         Sonra qonaq çamadanı onun әlindәn qapdığımı, ailә tәntәnәsinә
         necә gәldiyini vә dәrhal getmәk istәdiyini, onu şәnbә vә bazar
         gününә saxladığımı, kәsmikli kökәlәrә qonaq etdiyimi danışdı.
         Bir sözlә, hәr şeyi söylәdi vә yazdığım hesabı ravvinә göstәrdi.
         Ravvin onu sonadәk böyük sәbir vә diqqәtlә dinlәdi, sonra mәnә
         müraciәt etdi: “Demәli, bir tәrәfi dinlәdik, indi qarşı tәrәfi eşidәk.
         Nә deyә bilәrsiniz?” “Әlavә etmәyә sözüm yoxdur, – cavab
         verirәm, – bu adamın dediklәrinin hamısı doğrudur. Amma qoy o
         vicdanla desin görәk, nә vaxt vә hansı gün varid olub, şәnbәni
         harada bayram edib, balıq yeyibmi, şәrab, pivә, konyak vә albalı
         arağı içibmi, arvadımın hazırladığı borşu vә kәsmikli kökәlәri
         tәriflәyibmi?” Qonaq әvvәlkindәn daha çox hiddәtlәndi, әl-qol
         atdı, dodaqları titrәdi, az qaldı, ürәyi getsin. Ravvin ondan xahiş
         etdi ki, hәyәcanlanmasın vә әsәbilәşmәsin! Bir daha balıq, borş,
         kökәlәr barәdә soruşdu, onun, hәqiqәtәn, şәrab, pivә, albalı arağı
         vә konyak içib-içmәdiyini xәbәr aldı. Sonra ravvin çeşmәyini
         taxıb hesabı bircә-bircә yoxladı, hәr şey qәpiyinә qәdәr düz
         gәldi. Ravvin qәrarını elan etdi: qonaq hesaba әsasәn, mәnә otuz
         rubl neçә qәpiksә vermәlidir, gedib-gәlmәk xәrcini vә ravvinin
         haqqını hәr iki tәrәf yarıbayarı ödәmәlidir, qoy hәrә öz payına
         düşәni versin.
             Ravvinin yanından pörtmüş halda çıxan qonaq pul kisәsindәn
         әlli rubl götürüb üzümә çırpdı: “Hesaba әsasәn, sizә çatacaq otuz


                                                              185
   180   181   182   183   184   185   186   187   188   189   190