Page 183 - Sholom_Aleyhem_Макет 1
P. 183

Sözbəsöz

          maraqlanırsınız? Yaxşısı budur, bir bu şәrabın da dadına baxıb
          rәyinizi bildirin, açığı, komplimentdәn o qәdәr dә xoşum gәlmir!..”
             Bir stәkan vurduq, sonra birini dә gillәdib yatmağa getdik.
          Ürәyinizi buz kimi saxlayın, qonaq yuxuya qalıb sәhәr qatarına
          çatmadı vә qanı qaraldı, üstümә düşdü ki, onu oyatmalı idim,
          mәnim ucbatımdan böyük zәrәrә düşәcәk...
             Bir sözlә, bu bәdbәxtin başına çox bәlalar gәtirdim. Onu
          sakitcә dinlәyib deyirәm: “Qәribә adamsınız. Mәnasız yerә niyә
          әsәbilәşirsiniz? Ömür qısadır axı! Bu, birincisi. İkincisi, unut-
          musunuz ki, bu gün sünnәtdәn üç gün keçir, sizcә, bu, boş
          şeydir? Bizdә belә adәt var: sünnәtdәn üç gün sonra tәmtәraqlı
          qonaqlıq verilir! Әnәnәni poza bilmәzsiniz!”
             Qonaq özünü saxlaya bilmәyib ucadan güldü: “Sizin kimi
          qır-saqqız olub yapışan adam görmәmişәm!” “Necә istәyirsinizsә, –
          deyirәm, – elә dә düşünün! Tәki masanın arxasında qonaq olsun!”
             Yemәk vaxtı qәdәhi әlimә alıb deyirәm: “Әziz qonaq, bәlkә
          dә, südlü yemәklәrdәn danışmağa ehtiyac yoxdur, çünki hazırda
          әt yemәklә mәşğuluq, amma, hәr halda, kәsmikli kökә barәdә
          fikrinizi eşitmәk istәrdim”. Qonaq gözlәrini mәnә dikir, bununla
          nә demәk istәdiyimi başa düşmür. “Çünki, – deyirәm, – bu gün
          şam yemәyindә bizim südlü, kәsmikli kökәlәri dada bilәcәksiniz”.
          Qonaq özündәn çıxır: “Görürәm, mәni daha bir sutka saxlamaq
          istәyirsiniz. Heç sizdәn gözlәmәzdim...” Әsәbilәşmәyinin sәbәbini
          başa düşürәm. Amma bilirәm ki, onu çox dilә tutmağa lüzum
          yoxdur, çünki iştahası pis deyil, bu adam yemәyi dünyalar qәdәr
          sevir...
             Ona deyirәm: “Sizә vicdanım qarşısında söz verirәm, bu da
          mәnim әlim, sabah sizi sübh vaxtı oyadacağam ki, sәhәr qatarına
          çatasınız. Dünya dağılsa da, sizi inandırıram, vaxtında gedәcәksiniz”.
          Bu sözlәri eşidәn qonaq bir az yumşaldı. “Vicdanınız qarşısında
          verdiyiniz sözü unutmayın! – mәnә müraciәt edir. – Bu boyda
          zarafat olmaz!” Sizә necә deyim, bizim arvad elә südlü şam
          yemәyi hazırladı ki, qonaq mәәttәl qaldı: onun arvadı da kәsmikli
          kökә hazırlamaqda peşәkardır, amma bizim xanıma çata bilmәz,
          aralarında göylә yer qәdәr fәrq var!



                                                              183
   178   179   180   181   182   183   184   185   186   187   188