Page 188 - Sholom_Aleyhem_Макет 1
P. 188

Şolom Aleyxem

                Çox fikirlәşmәdәn ravvin xidmәtçini şәhәrin әn nüfuzlu vә
            varlı adamlarının ardınca göndәrir. Onlar da dәrhal gәlir. “Nә
            olub?” “Bәdbәxtlik üz verib! Durduğum yerdә mәnә böhtan
            atırlar! Zәhlәtökәnin biri, bax, bu tacir, – ravvin deyir, – iddia
            edir ki, guya mәnә saxlamaq üçün böyük mәblәğdә pul verib vә
            siz dә şahid olmusunuz...”
                Şәhәrin hörmәtli adamları öz aralarında bic-bic baxışırlar,
            gözlәrindәn hiylәgәrlik tökülür, sanki demәk istәyirlәr: “Hә…
            burada yaxşı pul qırmaq olar! Әcәb fürsәtdir! Mәblәğ dә az de -
            yil…”  Vә hamısı tacirin üstünә düşür: “Ay kişi, heç utanıb-
            qızarmırsan, bizim ravvinә niyә böhtan atırsan?”
                İşin bu hәddә çatdığını görәn tacirin qolları yanına düşür,
            dünya gözündә qaralır! Әlini ürәyinin üstünә qoyub xahiş edir
            ki, onları otaqda tәk buraxsınlar vә xәlvәtcә sehrli sözlәri deyir:
            “O boğulurdu, az qala, huşunu itirәcәkdi”.
                Bunu eşidәn ravvin qalxıb sandığa yanaşır, oradan yaylığa
            bükülmüş pulları çıxarıb tacirә uzadır. “Allah kömәyiniz olsun,
            hәyәcanlanmayın! Bu da pullarınız! Rica edirәm, pulu bu adamların
            gözü qarşısında bir dә sayın. Gördüyünüz kimi, möhürә
            toxunulmayıb, surğuc yerindәdir, hәr şey necә lazımdırsa, elәdir”.
                Zavallı tacir sanki yenidәn doğulur. Әllәri әsir, gözlәri yaşarır:
            “Reb, mәnimlә belә zarafata nә ehtiyac vardı? Heç belә dә
            zarafat olar?” Ravvin deyir: “Mәn ancaq göstәrmәk istәyirdim
            ki, hörmәtli adamların gözü toxdur vә bu dünyada onlar nәyә
            qadirdirlәr...”




















             188
   183   184   185   186   187   188   189   190   191   192   193