Page 193 - Sholom_Aleyhem_Макет 1
P. 193

Üç dul qadın
         ardını danışım. Uşaq nağıllardakı kimi böyüyürdü. İlk baxışdan
         adi söz kimi görünür – “böyüyürdü”. Uşaq böyüyür, ağac böyüyür,
         hәtta turp da böyüyür. Fәrq var da? Gözlәyirsәn ki, uşaq nә vaxt
         imәklәyәcәk, oturacaq, yeriyәcәk, qaçacaq, danışacaq. Nәhayәt,
         başlayır imәklәmәyә, oturmağa, yerimәyә, qaçmağa vә danışmağa!
         Bәs sonra? Bircә o çatmır ki, deyingәn arvad kimi başlayım
         sadalamağa: suçiçәyi, qızılca, diş çıxarmaq, daha nә bilim nә!
         Tәkrar edirәm, arvad deyilәm ki, boş-boş şeylәrlә baş-beyninizi
         aparım, yәni uşaq belә elәdi, ordan gәldi, bura qaçdı... Nә isә, qız
         böyüdü vә çiçәk açdı. Sizin indiki roman yazanların tәbirincә
         desәk, “zәrif qızılgül kimi çiçәklәndi”.  Yeri gәlmişkәn, bu
         romançılar “tәr çiçәklәrdәn” heç nә anlamır, çünki iki eşşәyin
         arpasını bölә bilmirlәr... Onların işi-gücü isti kabinetdә oturub
         sobanın yanında mürgü döyә-döyә tәbiәtdәn, yaşıl meşәlәrdәn,
         tәlatümlü dәnizdәn, qumsallardan yazmaqdır, çevir tatı, vur tatı,
         bir addım da irәli gedә bilmirlәr... Belә yazılardan zәhlәm gedir.
         Adamın ürәyi sıxılır! Onları oxumuram! Kitabı әlimә götürüb
         açıram, ilk sәhifәsindә yazılanları görürәm: “Günәş işıq saçırdı,
         ay sәmada süzürdü, hava әtir saçırdı, quşlar cәh-cәh vururdu...”
         Kitabı tullayıram bir kәnara. Gülürsünüz? Sizcә, ağlım çaşıb?
         Yaxşı, siz deyәn olsun!
             Belәliklә, Roza böyüdü, ziyalı ailәdә yaxşı tәrbiyә aldı. Anası
         hәr nazını çәkirdi, mәn dә ara-sıra tәhsilinә nәzarәt edirdim.
         Әslindә, ara-sıra da demәk düzgün olmazdı, çünki bütün asudә
         vaxtımı ona sәrf edirdim, ixtisaslı müәllimlәrdәn mükәmmәl
         tәhsil almasına şәrait yaradırdım, çalışırdım ki, gimnaziyaya
         gecikmәsin, piano çalmağı, rәqsi öyrәnsin, bir sözlә, tәkbaşına
         bütün işlәrә rәhbәrlik edirdim. Mәndәn başqa, onun kim qayğısına
         qalacaq? Bununla yanaşı, dul qadının maliyyә işlәri dә mәnim
         boynumda idi, göz-qulaq olurdum ki, ona fırıldaq gәlib әrindәn
         qalmış mirasa sahib çıxmasınlar! Onsuz da, zavallı qadını әmәlli-
         başlı soymuşdular...
             Pinyanın vәfatından sonra dul qadının әtrafında bәzi dırnaqarası
         işbazlar, canıyananlar, mәslәhәtçilәr peyda olmuşdu vә sadәlövh
         Payyadan çoxlu pul qoparmışdılar...  Yaxşı ki, vaxtında xәbәr




                                                              193
   188   189   190   191   192   193   194   195   196   197   198