Page 195 - Sholom_Aleyhem_Макет 1
P. 195

Üç dul qadın
          bütün tәlәlәri vaxtında aşkara çıxardım, amma o, böyük ziyana
          düşdü. Soruşa bilәrsiniz ki, bәs mәn hara baxırdım? Mәgәr hәr
          mürәkkәb vәziyyәtdәn düzgün çıxış yolu tapmaq asandır? Bәlkә
          dә, sizdә yaxşı alınardı. Mübahisә etmәyәcәyәm! Üzümә demәsәlәr
          dә, yәqin, arxamca deyinirlәr: kommersanta bir bax! Amma mәn
          halal adamam, başkәsәn yox! Düşünürsünüz, ziyana düşmәdim?
          Nә deyim, öyünmәyin yeri deyil! Bunları söylәmәkdә mәqsәdim
          var: hadisәlәr bizi elә bir nöqtәyә sürüklәyirdi ki, Payya dul
          hәyatına, mәn isә subaylığa son qoyum. Ona yalnız bir kәlmә
          demәli idim... cәmi bir kәlmә... Amma demәdim! Niyә? Mәsәlә
          dә elә bundadır. Bax burada әsl psixologiya başlayır. “Roza”
          sәrlövhәli yeni fәsil!.. Diqqәtlә qulaq asın, nәzәrinizdәn heç nә
          yayınmasın, inanın, bu, uydurulmuş roman deyil – hәyatdan
          götürülmüş, ürәk dağlayan, gerçәk әhvalatdır...
             Bilmirәm, deyirlәr, hәr bir ananın qәlbinin dәrinliklәrindә
          güclü hisslәr yatır... Qız azacıq boy atan kimi ananın ürәyi
          başlayır әsmәyә: "Görәn, necә olacaq? Bircә tezliklә әrә verә
          bilsәydim...” Qızın hәndәvәrindә oğlanlar dolaşmağa başlayanda
          ananın sevincinin hәddi-hüdudu olmur. Hәr cavan oğlan gözünә
          gәlәcәk namizәd kimi görünür. Amma oğlan avaradır, hiylәgәrdir,
          qumarbazdır, nә bilim, nәdir, ananı әsla maraqlandırmır! Әmin
          olun, avara vә fırıldaqçılar qapımızı döymürdü, çünki birincisi,
          Roza hәr küçәdәn keçәnlә ünsiyyәt quran, tanımadığı oğlana göz
          süzdürüb üzünә gülәn, ayağını-ayağının üstünә qoyub әtәyini
          yuxarı dartan qızlardan deyildi. İkincisi, bәs mәn nәyә lazımam?
          İmkan vermәrәm ki, hansısa avara Rozaya yaxınlaşıb beynini
          axmaq fikirlәrlә doldursun. Gözümü qırpmadan qol-qabırğasını
          sındıraram!
             Bir dәfә Roza ilә kluba bal gecәsinә getmişdik, içәri aris-
          tokratlarla dolu idi, indi onları burjuaziya adlandırırlar... Gül ba -
          la lardan biri gülә-gülә yaxınlaşır, nişastalı köynәkdә, başı dana
          başı boyda, ayaqlarını cütlәşdirib civiltili qız sәsi ilә danışır...
          Mızıltısını anlaya bilmirәm. Rozanı rәqsә dәvәt edir. Coşub
          özümdәn çıxdım, ona bir toy tutdum ki!..  Yәqin, ömrü boyu
          mәni xatırlayıb bir daha rәqs etmәyәcәk! Roza ilә bu bәdbәxtә




                                                              195
   190   191   192   193   194   195   196   197   198   199   200