Page 199 - Sholom_Aleyhem_Макет 1
P. 199

Üç dul qadın

             ...Qapını çırpıb gedәndәn sonra sәfil kimi şәhәri dolaşdım,
          bütün küçәlәri üç dәfә eninә-uzununa ölçdüm, sәhәrә yaxın evә
          döndüm, kağız-kuğuzu qarşıma töküb saf-çürük elәdim, çoxunu
          cırdım, lazımsız kağızları görәn gözüm yoxdur, әşyalarımı
          topladım vә bir neçә nәfәrә mәktub yazdım – şükür, dost-tanışdan,
          qohum-әqrәbadan bolam,  Tanrı hamısına cansağlığı versin...
          Evlәrim vә dükanlarımla bağlı göstәrişlәrimi yazdım, bu işlәri
          bitirdikdәn sonra çarpayıya әylәşib boynumu bükdüm, fikir mәni
          apardı, özümә gәlәndә sәhәr artıq çoxdan açılmışdı. Әl-üzümü
          yuyub sәliqәylә geyindim vә dul qadının yanına yollandım.
          Zәngi basdım, içәri keçib xidmәtçiyә dedim ki, qәhvә gәtirsin,
          әylәşib dul qadının yuxudan oyanmasını gözlәdim. Qadın tezliklә
          yataqdan qalxdı. Mәni görüb bir dәqiqә ayaq saxladı. Gözlәri
          şişmişdi, üzünün rәngi ağappaq idi. Yәni yuxusuz gecә keçirib?
             – Roza necәdir? – soruşdum.
             Bu an Roza otağa daxil oldu. Gözәl-göyçәk, tәr çiçәyә
          bәnzәyirdi, zәrif, gülәrüz. Mәni görüb azacıq qızardı, sonra
          yaxınlaşıb başımı sığalladı, gözlәrimin içinә baxıb güldü. Sizcә,
          necә güldü? Bu gülüş adamın qәlbinә toxunmurdu, әksinә, özün
          dә ona qoşulub gülmәk istәyirdin, cingiltili sәsi dalğa-dalğa
          әtrafa yayılırdı. Bәli, әzizim, Roza öz sehrli qüvvәsini bu gün dә
          itirmәyib! Hәmin gülüşә görә var-yoxumu vermәyә hazıram!
          Amma bәla burasındadır ki, o artıq gülmür. Gülmәyә halı yoxdur!
          Gәlin hadisәlәri qabaqlamayaq. Bir söz danışanda ardıcıllığı
          gözlәmәyi xoşlayıram.
             Belәliklә, davam edirәm.
             Qız әrә vermәyin nә olduğunu bilirsinizmi? Yox? Başınıza
          gәlmәyib? Elә gәlmәsә yaxşıdır! Tanrı sizә bu zülmü göstәrmәsin!
          Ancaq mәn bu müsibәti yaşamışam. Özgә qızını әrә versәm dә,
          olmazın zülmlәr çәkmişәm. Ölәnә qәdәr unutmaram. Әlacım nә
          idi? Bir halda ki bizim dul qadın Payya hәr şeyin hazırına
          öyrәnmişdi, başqa çıxış yolum yox idi. Kimdir günahkar? Әlbәttә,
          mәndәn savayı heç kim! Onları – ana vә qızı elә öyrәşdirmişdim
          ki, evdә bir şey lazım olan kimi hәmişә mәnә müraciәt etsinlәr.
          Dünya dağılsa da, yerin altı üstünә çevrilsә dә, istәdiklәrini




                                                              199
   194   195   196   197   198   199   200   201   202   203   204