Page 204 - Sholom_Aleyhem_Макет 1
P. 204

Şolom Aleyxem

            sahiblәri – şәrik sahibkarlar hamını incidirdilәr, adamların son
            tikәsini ağzından çıxarırdılar) vә günlәrin birindә zәhәr içib
            özünә qәsd elәdi!..
                Yәqin, sizә maraqlıdır: özünü necә öldürdü? Bir dә bilmәk
            istәyirsiniz ki, son mәktubunda mәnә nә yazmışdı? Roza ilә necә
            vidalaşmışdı?  Anası ilә, hәmçinin mәnimlә son görüşü necә
            olmuşdu? Bütün bunlar incә hisslәrdir, roman yazanlar özlәrindәn
            uydururlar ki, sәfeh oxucu göz yaşları töksün. Suallara qısa
            cavab verirәm: bu adam özünü yox, bizim hәyatımızı zәhәrlәdi!
            Ağır dәrddir, bu hadisә ürәyimizi elә parçalamışdı ki, göz
            yaşlarımız qurumaq bilmirdi. Donub-qalmışdıq, ürәyimizdәn daş
            sallanmışdı, ovuna bilmirdik, kimsә gәlib başımızı dibindәn
            kәssәydi, bәlkә dә, dünyanın әn xoşbәxt adamı olardıq!.. İstәdiyinizi
            deyә bilәrsiniz, amma başsağlığı verәnlәrdәn zәhlәm gedir. Qәmli
            görkәm alıb yaxınlaşırlar adama, lakin üzlәrindәn nә demәk
            istәdiklәri aydın oxunur: “Tanrıya şükür olsun ki, ölәn mәn
            deyilәm...” Әlini sıxıb boş-boş, mәnasız sözlәri tәkrar edirlәr,
            başlayırlar mәrhumun ünvanına yalançı tәriflәr yağdırmağa, hiss
            edirsәn ki, әzbәrlәdiyi “mәtni” tez deyib aradan çıxmağa çalışır...
            Başqa nә gözlәyәsәn? Hәtta matәm münasibәtilә qanan da, qan-
            mayan da dua oxumaq üçün İovun kitabını açır – belәlәrini,
            ümumiyyәtlә, görәn gözüm yoxdur! Deyәcәksiniz, böyük günahdır?
            Siz bunu günah hesab edirsiniz? Bәs günahsız adama badalaq
            vurmaq, veksellәrә imza atmağa mәcbur etmәk vә pulları götürüb
            Amerikaya qaçmaq, etibarlı adamını çıxılmaz vәziyyәtdә qoyub
            onu intihara sövq etmәk, üç günahsız insanın hәyatını cәhәnnәm
            әzabına döndәrmәk – bunu necә adlandıraq? Belә әmәllәrә nә ad
            verә bilәrsiniz? Bәs bu, günah deyil? Deyәcәksiniz ki, Tanrını bu
            çirkin işlәrә qatmaq olmaz? Kimin haqqı çatar ki,  Tanrıdan
            şikayәtlәnsin, hә? Amma görün bununla әlaqәdar müqәddәs İov
            nә deyir? Adamlar dua kitabını әlinә alır, oxuyur, lakin müdrik
            kәlamları zәrrә qәdәr dә anlamırlar. Dillәnmirsiniz? Mәn dә
            dilimi qoymuşam qarnıma, çünki sәsim batana qәdәr danışa
            bilәrәm – onsuz da, cavab verәn tapılmayacaq! Çeynәnmiş sözlәri
            yenidәn çeynәmәyә mәcbursunuz: “Verәn dә Tanrıdır, alan da!”
            Yerinizdә sayıb bundan irәli gedә bilmәyәcәksiniz... Nә dediniz?
            Fәlsәfә açmağın mәnası yoxdur? Mәn dә bu fikirdәyәm.



             204
   199   200   201   202   203   204   205   206   207   208   209