Page 205 - Sholom_Aleyhem_Макет 1
P. 205

Üç dul qadın

             Belәliklә, qayıdaq dul qadına... Dayan-dayan, dul qadın
          dedim? İki dul qadına!  Axı Roza da duldur! Ha-ha-ha! Çox
          qәmli, cansıxıcı әhvalatdır! Tәbiәtin bütün qanunlarına ziddir...
          Acı qәhqәhәdәn başqa, әlim heç yerә çatmır! Roza – dul qadın!
          İşә bir bax! Roza – dul! Amma mәsәlә tәkcә dul qalmaqla bitmir!
          Roza hәm dә anadır! Rozanın övladı var! Şapironun ölümündәn
          üç ay sonra dünyaya bir qız körpәsi gәldi. Ocağa yeni nәfәs,
          cingiltili gülüş gәtirdi. Adını Feygele qoydular. Evdәkilәr başına
          dolanırdılar, üstündә әsirdilәr, adı dillәrindәn düşmürdü, qucaq-
          dan-qucağa gәzirdi – Feygele, Feygele, yenә dә Feygele! Dindar
          olsaydım, sizin kimilәrin tәbirincә desәm, әlamәtlәrә inansaydım,
          deyәrdim ki, Allah bizi ovundurmaq üçün çәkdiyimiz әzabların
          müqabilindә bu mәsum körpәni pay göndәrib. Lakin bilirsiniz
          ki, dinә inamım o qәdәr dә güclü deyil vә siz dә qatı dindara
          oxşamırsınız... Nә dediniz? Mәni inandırmağa çalışırsınız ki,
          dini etiqadınız qaydasındadır? Tәki olsun! Sizә heç bir iradım
          yoxdur, özünüzü riyakar vә ikiüzlü adam hesab etmәsәniz,
          kifayәtdir! Dindar yәhudi donuz әtini sevmәdiyi kimi, mәnim dә
          riyakar vә ikiüzlü adamları görәn gözüm yoxdur! Dindar olun,
          amma haqqı tapdalamayın! Әgәr dinә inanırsınızsa vә eyni
          zamanda riyakar vә ikiüzlü adamsınızsa, yaxşı olar, mәndәn
          uzaq durasınız! Nә etmәli, Tanrı mәni belә yaradıb!
             Demәk... indi növbә kimindir? Feygelenin! O, dünyaya gәlәn
          gündәn sanki hәr şey canlandı: hamı sevinirdi, evdәn tәbәssüm
          әskik olmurdu, könüllәr nur saçırdı. Körpә ilә bәrabәr sanki biz
          dә yenidәn doğulmuşduq. Uzun müddәtdir üzü gülmәyәn Rozanın
          çöhrәsinә tәbәssüm qonmuşdu, әvvәlki kimi ürәkdәn qәhqәhә
          çәkirdi, bәzәn ovqatımız tәlx olsa da, onun gülüşü bizә bütün
          acıları unutdururdu.
             Ağıllı gözlәri ilә hәr üçümüzün üzünә heyranlıqla baxan
          balaca Feygele hәyatımızı belә dәyişdi. Körpә tәbәssümünü
          görәn hәr iki dul qadın xoşbәxtlikdәn özlәrinә yer tapa bilmirdilәr.
             Qapıda mәni elә hay-küylә qarşıladılar ki, hәtta qorxdum.
             – İlahi! Bir dәqiqә tez gәlә bilmәzdiniz? – ikisi dә üstümә
          düşdü.




                                                              205
   200   201   202   203   204   205   206   207   208   209   210