Page 208 - Sholom_Aleyhem_Макет 1
P. 208
Şolom Aleyxem
Yay gecәsi. Qaranlıq sәma ağ lәkәlәrә bürünüb. İstәyirdim
deyim: ulduzlar parlayırdı, bәrq vururdu... Amma yadıma düşdü
ki, hansısa kitabda belә yazıblar, özgәnin sözlәrini tәkrar etmәyin
nә mәnası? Sizә söylәmişdim ki, tәbiәt mәnzәrәlәrini tәsvir
etmәyi xoşlamıram. Onsuz da, bu gözәlliyi sözlә çatdırmaq
mümkün deyil! Nә isә, isti, gözәl, ürәkaçan yay gecәlәrindәn
biri, hәtta şair olmayan adamın da qәlbi romantik hisslәrlә dolur,
xәyalәn sәmanın sirli әnginliklәrinә baş vurursan. Baxışlarını
qaranlıq göylәrә dikib seyr edirsәn, sәnә elә gәlir ki, torpaqla
sәma için-için pıçıldaşır, insanların ilahi gözәllik adlandırdığı
әbәdiyyәt haqqında sakitcә söhbәtlәşirlәr...
Hә, necәdir? Tәbiәt tәsvirini bәyәndinizmi? Xoşunuza gәlmәdi?
Özünüz bilәn mәslәhәtdir! Sәbir edin, bu, hәlә hamısı deyil. Sizә
böcәklәrdәn danışmağı unutdum. Qәribә, iri, qәhvәyi böcәklәr
qaranlıqda pәrvazlanıb vızıldaşır, divara, pәncәrәyә, bәzәn dә
döşәmәyә çırpılırlar. Yerdә bir az sürünür, sonra qanad çalıb
havaya qalxır, dövrә vurur, lampanın әtrafında uçuşur, yenidәn
divara, pәncәrәyә vә yerә çırpılır... Belәcә, hәr şey yenidәn
başlayır... Dördümüz dә bağçaya açılan artırmada әylәşmişik:
mәn, Payya, Roza vә Feygele. Uşaq böyüyüb, payızda dörd yaşı
tamam olacaq, amma böyüklәr kimi danışır. Sual vermәkdәn dә
yorulmur. Hәr şeyi bilmәk istәyir. Sәma niyә belәdir, torpağı kim
yaradıb? Gündüzlә gecәnin fәrqi nәdir? Hava niyә qaralır, niyә
sәhәr açılır? Anası nәnәyә niyә “ana” deyir? Bәs niyә nәnә onun
anasını Roza deyә çağırır? Niyә mәn onun atası yox, әmisiyәm?
Әmi nәnәyә baxır, nәnә onun anasına baxır vә anası bu zaman
niyә qızarır?.. Bu, әlbәttә, ümumi gülüş doğurur. Feygele
gülmәyimizin sәbәbini soruşur, biz isә daha ucadan qәhqәhә
çәkirik. Mәsәlә onunla bitir ki, hәr üçümüz baxışırıq vә yaxşı
bilirik ki, bu, nәyә işarәdir. Dillәnmәsәk dә, hәr şey mәlumdur.
Sözә ehtiyac yoxdur. Sözlәr yalnız boşboğazlar, qadınlar vә
vәkillәr üçün yaradılıb. Yaxud nә vaxtsa, Bismarkın dediyi kimi,
sözlәr bizә fikirlәrimizi gizlәtmәk üçün verilib. Bәs heyvanlar,
quşlar vә digәr mәxluqlar sözsüz necә keçinir? Ağac böyüyüb
kök atır, ot bitir, bәyәm onların dili var? Gözlәr, cәnab, insan
208