Page 210 - Sholom_Aleyhem_Макет 1
P. 210

Şolom Aleyxem

            etmәk istәmir, әmisi ilә zooparka getmәyi arzulayır! Feygele
            deyir: “Orda elә meymunlar var ki, gülmәkdәn adamın qarnı
            cırılır!..” İndi bacarırsınızsa, uşaqla zooparka gedib meymunlara
            baxmaqdan imtina edin!
                “Belә uşaq olar?” – birinci dul qadın deyinir. “Belә getsә,
            korlanacaq!” – ikinci dul qadın deyilәnlәri tәsdiqlәyir.
                Әmi isә dul qadınların narazılığına fikir vermir: uşağı qucağına
            alıb zooparka, meymunlara baxmağa yollanır... Hәr dәfә ortaya
            bir әngәl çıxır. Günlәr, hәftәlәr, illәr bir-birini әvәz edir, uşaq
            böyüyür, artıq elә şeylәr var ki, onun yanında danışmaq olmaz vә
            üçümüz öz aramızda belә razılığa gәlirik: gözlәmәk lazımdır,
            qoy qız böyüsün, sonra baxarıq. Feygele yetkinlik yaşına çatanda,
            özünә layiqli oğlan tapanda guya әl-qolumuz açılacaq, hәyatımızı
            dәyişib yeni ailә qura bilәrik. Hәrә özlüyündә plan cızır ki,
            hamımız birlikdә necә yaşayacağıq: cavan cütlük – Feygele әri
            ilә, yaşlı cütlük – mәn vә Roza, dul nәnә – Payya isә başımızın
            ağası olacaq... Bәh-bәh! Әcәb hәyatdır! Ancaq bir әmma var:
            Feygelenin yetkinlik yaşına çatıb özünә nişanlı tapacağı günә
            qәdәr necә gözlәyәsәn? Hәr kәs yüz il yaşamasa, günah onun
            özündәdir! Adәtәn, belә deyirlәr! Nә isә, bu şablon deyimlәri
            heç sevmirәm! Bәs siz bәyәnirsiniz? Lap yaxşı! Bәyәnin! Hә,
            demәk, hәr kәs yüz il yaşamasa... Feygele böyüdü, özünә nişanlı
            da tapdı – ancaq yenә әmma çıxdı! Bax burda sizin dediyiniz
            “psixologiya” başlayır.
                Nahaq saata boylanırsınız. Onsuz da, bu gün daha heç nә
            danışmaq fikrim yoxdur.  Vaxtdır: dul qadınlar nigaran qalar.
            Üçüncü dul qadının әhvalatını eşitmәk istәyirsiniz? Bizә gәlsәniz,
            dünya dağılmaz! Qapımız hәmişә açıqdır! Mәcbur etmirәm!
            Könüllü gәlәcәksiniz... Salamat qalın!
                İkinci dul qadın barәdә bu qәdәr.












             210
   205   206   207   208   209   210   211   212   213   214   215