Page 213 - Sholom_Aleyhem_Макет 1
P. 213

Üç dul qadın

          Sevinmәyin, ideya baxımından menşeviklәrә yaxın yәhudi millәtçi
          partiyası – “Bund”a üzv yazılmamışam, Tanrının gözündәn iraq,
          amma yorğan altında yatanlardan da deyilәm!
             Demәk belә, haqqında söhbәt açdığım bu üç oğlan hәr gün
          bizә gәlir. Biri Finkel, ikincisi Bronşteyn, üçüncüsü isә Qruzevişdir.
          Qapını tәpiklә açırlar, elә bil öz evlәridir, çünki bizim dul
          qadınların bu oğlanlardan ötrü ürәyi gedir, әziz qonaq kimi
          yuxarı başda әylәşdirirlәr, әn lәziz yemәklәri düzürlәr süfrәyә!
          Öpüb gözlәrinin üstünә qoymağa, canlarını vermәyә hazırdırlar!
          Bu gül balalardan biri әvvәl-axır Feygelenin nişanlısı adını
          daşımağa namizәd olacaq. Daha doğrusu, hәr üçü namizәddir,
          amma Feygele üçünә dә birdәn әrә gedә bilmәz axı! Mütlәq
          birini seçmәlidir. İndi gәl tap görüm hansını? Bu mövzuda
          danışmağa belә imkan vermirlәr! Oğlanlar özlәrini çox sәrbәst
          aparır, kimsәnin rәyini soruşmurlar. Bir dә ki, kimdәn soruşsunlar?
          Anadan? Ana onların nәyinә gәrәkdir? Gözәl çöhrәli qadındır,
          vәssalam! Nәnәdәn? Nәnәni sayan var? Nәnә onların gözündә
          evdar qadındır, vәzifәsi qonaqlara süfrә açmaq, lәziz yemәklәri
          ortalığa düzmәkdir. Bir dә nәzarәt etmәlidir ki, qonaqlar ac
          qalmasın, doyunca yeyib-içsinlәr... Qaldı bir nәfәr... Mәndәn heç
          danışmağa dәymәz. Onlar üçün kimәm? Süfrә arxasında artıq
          yer tutan adam. Bir dәfә dә olsun mәnimlә ünsiyyәtә cәhd
          göstәrmәyiblәr! Yalnız “duzu verin”, “istiotu olar?”, “qәndqabını
          yaxına çәkin” kimi sözlәr... Ya da kibrit soruşurlar, özü dә hәr
          dәfә “xahiş edirәm” demәyi unudurlar. Elә bil lal-kardırlar,
          siqareti ağızlarına qoyub tәlxәk kimi işarә edirlәr ki, yandırmağa
          kibrit verim. Vәssalam! Bәzәn görürlәr ki, tәk oturmuşam, gәlib
          yanımda әylәşib vә öz aralarında söhbәtә başlayırlar. Mәnimlә
          kәlmә dә kәsmirlәr, özlәrini elә aparırlar ki, guya görmürlәr.
          Hәtta nәzakәt xәtrinә dә mәnimlә danışmaq istәmirlәr. Onlar
          üçün yoxam! Gözәgörünmәzәm! Yәqin, başa düşürsünüz, söhbәtә
          birinci başlayan deyilәm, başqaları kimi yaltaqlıqla özünü gözә
          soxmağı, lüzumsuz yerә kiminsә üzünә gülmәyi xoşlamıram.
          Dünyaya elә bir adam gәlmәyib ki, onun qarşısında baş әyim.





                                                              213
   208   209   210   211   212   213   214   215   216   217   218