Page 215 - Sholom_Aleyhem_Макет 1
P. 215

Üç dul qadın

             Bir görәydiniz, necә coşdular! Qatı fanatların sitayiş etdiyi
          adamı tәhqir etsәydin, onlar bu cür coşmazdılar!
             Hәr iki dul qadın araya girdi – әks tәqdirdә, qalmaqal
          böyüyәcәkdi! Sonra anladım ki, sәfeh iş tutmuşam, çünki axırda
          üzr istәmәyә mәcbur oldum. Bilirsiniz niyә? Çünki Feygele belә
          istәdi! O, nәsә istәdisә, mütlәq hәyata keçmәlidir. Mәsәlәn, әgәr
          desә ki, bu evi söküb başqa yerә daşımaq lazımdır, etiraz ola
          bilmәz!
             Bu qız nәinki mәni heyran qoymuşdu, hәtta varlığıma hakim
          kәsilmişdi, iradәmi qırmışdı, qula, alәtә çevirmişdi. Tәkcә mәni
          yox, özünә nişanlı seçimi ilә dә hamını mәәttәl qoymuşdu...
          Qruzeviçi bәyәnmişdi. Oğlan kimya fakültәsinin üçüncü kurs
          tәlәbәsi idi, demәzdim canlara dәyәndi, dostlarından bir o qәdәr
          dә fәrqlәnmirdi. Qarşımıza bundan da pisi çıxa bilәrdi, Tanrı bizi
          qorudu. Әvvәla, yaxşı ailәdәn idi. Bu, vacib şәrtdir. Nә istәyirsiniz
          deyin, ancaq bu, heç dә әhәmiyyәtsiz mәsәlә deyil. Sakit olun,
          var-dövlәti nәzәrdә tutmuram. Ona işarә edirәm ki, nәsil, kök az
          mәna kәsb etmir. Әgәr savadsız, cahil ailәdәn çıxmısınızsa, nә
          qәdәr ziyalı olsanız da, son nәticәdә kobudluq vә qabalıq özünü
          büruzә verәcәk. Qruzeviçin digәr üstün cәhәtlәri barәdә danışmaq
          istәmirәm. Düzünü desәk, bu cavanlar özlәrini heç dә pis
          aparmırdılar, әdalәtli, tәrbiyәli vә nәcibdilәr. Amma adam içindә
          sanki oyun oynayırdılar. Dediklәrinә haqq qazandırmaq üçün elә
          dәlil-sübut gәtirirdilәr ki, mәәttәl qalırdın. Necә deyәrlәr, oğru
          elә bağırdı ki...
             Gәlin boş fәlsәfәyә vaxt itirmәyәk! Bizim Feygele on yeddi
          yaşında hәmin bu Qruzeviçә әrә getdi.  Toyun necә keçmәsi,
          neçәyә başa gәlmәsi, xәrcin kim tәrәfindәn ödәnilmәsi vә
          sevincimizin hәddi-hüdudu barәdә bütün xırdalıqları danışıb
          vaxtınızı almaq istәmirәm.  Yeganә qızını şәxsәn anası Roza
          kәbinә apardı, nәnәsi Payya isә sevincdәn uçurdu – zarafat deyil,
          nәvәsi әrә gedir! Mәn axmaq isә... Axı mәn niyә sevinirdim?
          Evin kiçik xanımını әrә verirdim, ona görә? Nә isә, sevincimizin
          ömrü uzun sürmәdi – şәnbә vә bazar! Toydan üç gün sonra bizim





                                                              215
   210   211   212   213   214   215   216   217   218   219   220